"Kənddə biabır olmuşdum, məni "peysər" çağırırdılar, ələ salırdılar"- arvadını öldürən Rəşadın ifadəsi

"Kənddə biabır olmuşdum, məni "peysər" çağırırdılar, ələ salırdılar"- arvadını öldürən Rəşadın ifadəsi
KRİMİNAL
18:13 14.03.2021
2402
Xaçmaz rayonunda övladlarının gözü qarşısında arvadını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb. Onun istintaqdakı ifadəsi və hadisənin təfərrüatı məlum olub.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Rəşad Rəşidovun cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Musavat.com Rəşad Rəşidovun istintaqdakı ifadəsini və hadisənin baş vermə səbəbləri ilə bağlı təfərrüatı əldə edib.

Əvvəlcə bildirək ki, hadisə ötən il avqustun 10-u saat 14 radələrində Xaçmaz rayonu ərazisində baş verib. Raisa Rəşidova aldığı bədən xəsarətləri nəticəsində çatdırıldığı xəstəxanada dünyasını dəyişib. Raisa Rəşidovanın əri Rəşad Rəşidov tərəfindən vəhşicəsinə döyüldüyü və aldığı xəsarətlərdən dünyasını dəyişdiyi məlum olub.

Həbs edilən Rəşad Rəşidova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Rəşad Rəşidov istintaqdakı ifadəsində hadisəni törətməsini etiraf edib və bildirib ki, arvadını başqa şəxslə münasibətdə olmasına görə öldürüb.

Xaçmaz rayon Köhnə-Xudat kəndində yaşayan Rəşad Rəşidov ifadəsində deyib ki, Raisa ilə 2005-ci ildə ailə həyatı qurub və iki övladları var. Rəşad Rəşidov 2019-cu ildə arvadından şübhələndiyini deyib.

"Bir gün sinif yoldaşım və həmkəndlim Rasim mənə dedi ki, arvadın özünü kənddə şübhəli aparır. Başqa kişilərlə münasibətinin olduğunu dedi və mənim ayıq-sayıq olmağımı məsləhət gördü. Bundan sonra Raisanı güdməyə başladım. Raisa meyvə bağında işləyirdi. Bir gün evdə onun telefonla bir kişi ilə danışdığını eşitdim. Ona kiminlə danışdığını dedim. Mənə açıq şəkildə dedi ki, ya ikiniz, ya da heç biriniz. Bu sözlər məni çox qəzəbləndirdi. Həmin gün onu döydüm. O da məndən polisə şikayət etdi və məhkəmə qərarı ilə 20 sutka həbs cəzası aldım"- deyə Rəşad Rəşidov ifadəsində göstərib.

Həbsdən çıxdıqdan sonra evə qayıtdığını deyən Rəşad Rəşidov ifadəsində bildirib ki, arvadı bundan sonra da eyni əməllərindən əl çəkməyib.

"Bir gün gecə oynayanda gördüm ki, Raisa yoxdur. Səhər saat 6-da evə gələndə soruşdum ki, harada idin? Mənə hesabat vermək istəmədiyini dedi. Onu boşamaq istədim, amma uşaqlara görə etmədim. Mən özüm də yetim böyümüşəm. Ana qayğısı görməmişəm. Düşünürdüm ki, yoldaşımdan bu sevgini görərəm, amma o mənə xəyanət etdi. Raisanın atasına və qardaşına bu barədə dəfələrlə dedim. Amma dəyişən heç nə olmadı. Kənd camaatından eşitdim ki, Raisa Xudatda Arif adlı şəxslə münasibətdədir. Ariflə görüşə getdim. Mənə açıq şəkildə dedi ki, Raisa ilə münasibəti var. Arif barəsində polisə şikayət etdim. Sonra Raisa bir müddət düzəldi. Heç kimlə görüşmədiyini, danışmadığını görürdüm. Həmin zaman danışmırdıq.

Yenə bir gün Raisa evə tanımadığım maşınla gəldi. Danışmadığımız üçün heç nə demədim. Sonra onun həmin maşınla evə gəlməsi adət halını aldı. Kənddə biabır olmuşdum. Məni arxadan "peysər" deyə çağırırdılar, ələ salırdılar".

Rəşad Rəşidov bundan sonra arvadını öldürmək qərarına gəldiyini deyib. O bildirib ki, hadisə günü evdə olan 250 qram arağı içib və Raisanın işdən evə gəlməsini gözləyib:

"Mətbəxdə oturmuşdum. Evə girən kimi sifətindən bir sillə vurub yerə yıxdım. Yerdə onun başına sağ ayağımla zərbələr endirdim".

Rəşad Rəşidov ayaqla Raisanın bədən nahiyələrinə zərbələr endirib. Başına vurduğu zərbələr nəticəsində Raisanın başı beton döşəməyə bir neçə dəfə çırpılıb. Rəşad daha sonra mətbəxdəki masanı yerdə köməksiz və huşsuz vəziyyətdə qalan Raisanın üzərinə aşırıb.

Bütün bunlar baş verən zaman Rəşadın övladları araya girərək analarını qorumaq istəyib. Amma Rəşad onları itələyərək Raisaya zərbələr endirməyə davam edib.

Səs-küyə qonşular və Raisanın anası gəlib. Rəşad Raisanın anası ilə mübahisə edib. Ona deyib ki, bilmirdiniz axırı belə olacaq?

Hadisə yerinə gələn polis əməkdaşları onu polis bölməsinə aparıb və izahatını alıb.

Polisdən çıxan Rəşad evə gəldikdə öyrənib ki, Raisa xəstəxanaya aparılıb. Bir neçə saat sonra polis əməkdaşları təkrar onun evinə gəlib və şöbəyə aparıblar. Orada öyrənib ki, Raisa aldığı xəsarətlərdən dünyasını dəyişib.

Raisanın ağır kəllə-beyin travması aldığı müəyyən edilib.

Mərhumun atası Sədrəddin Tarverdiyev isə istintaqda deyib ki, qızının ailəsində problemlər Rəşad Rəşidovun spirtli içki aludəçisi olmasından sonra başlayıb. Sədrəddin Tarverdiyev qızı haqqında deyilənləri qəbul etməyib və bildirib ki, Rəşad içki içdikdən sonra əsassız səbəblərlə ailəsində problemlər yaradırmış.

Məhkəmə araşdırması davam edir.

Qeyd edək ki, elan olunan ittiham sübuta yetirilərsə, Rəşad Rəşidov 14 ildən 20 ilə qədər azadlıqdan məhrum edilə bilər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ersin Tatar Azərbaycana gəldi
12:10 02.07.2025
Ersin Tatar Azərbaycana gəldi
İsrail Qəzzada daha 29 fələstinlini öldürdü
12:05 02.07.2025
İsrail Qəzzada daha 29 fələstinlini öldürdü
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə gəldi
11:55 02.07.2025
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə gəldi
“Media haqqında” qanuna bu dəyişikliklər ediləcək
11:47 02.07.2025
“Media haqqında” qanuna bu dəyişikliklər ediləcək
Birbank "Bahar" lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
11:43 02.07.2025
Birbank "Bahar" lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
Məhkəmə Yekaterinburqda saxlanılan Şahin Lalayevin həbs müddətini uzadıb
11:27 02.07.2025
Məhkəmə Yekaterinburqda saxlanılan Şahin Lalayevin həbs müddətini uzadıb
Hava ilə bağlı yeni xəbərdarlıq – Yaxın 20 gündə…
11:20 02.07.2025
Hava ilə bağlı yeni xəbərdarlıq – Yaxın 20 gündə…
Reyestrdən keçməyən çap media subyektlərini - 5 min cərimə gözləyir
11:09 02.07.2025
Reyestrdən keçməyən çap media subyektlərini - 5 min cərimə gözləyir
"Belə bir dünyada yaşamaqdan qorxuram" - Nura Suri
11:06 02.07.2025
"Belə bir dünyada yaşamaqdan qorxuram" - Nura Suri
Qəzza xəstəxanalarında elektrik və yanacaq böhranı: Fəlakət qaçılmazdır
11:04 02.07.2025
Qəzza xəstəxanalarında elektrik və yanacaq böhranı: Fəlakət qaçılmazdır
İlqar Səfərov: Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda baş verənlərə hələ ki rəsmi mövqe bildirməyib
11:01 02.07.2025
İlqar Səfərov: Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda baş verənlərə hələ ki rəsmi mövqe bildirməyib
Günahkarların məhkəmə qarşısına çıxarılması üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcək
10:59 02.07.2025
Günahkarların məhkəmə qarşısına çıxarılması üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcək
"Çox çalışsam da evimi kredit ilə almışam"- Gülbenden etiraf
10:59 02.07.2025
"Çox çalışsam da evimi kredit ilə almışam"- Gülbenden etiraf
AZAL təyyarəsinin ekspertizasının nəticələri yaxın zamanda açıqlana bilər
10:49 02.07.2025
AZAL təyyarəsinin ekspertizasının nəticələri yaxın zamanda açıqlana bilər
Braziliyada təlim təyyarəsi qəzaya uğradı - iki nəfər ölüb
10:42 02.07.2025
Braziliyada təlim təyyarəsi qəzaya uğradı - iki nəfər ölüb
Boşanma ərəfəsində olan məşhur model yeni sevgilisi ilə görüntülənib
10:40 02.07.2025
Boşanma ərəfəsində olan məşhur model yeni sevgilisi ilə görüntülənib