Kəndlərdə də genişzolaqlı internet olacaq

Kəndlərdə də genişzolaqlı internet olacaq
Bütün Xəbərlər
01:15 05.01.2012
1859
“Aztelekom” İstehsalat Birliyi (İB) bütün kənd sakinlərinin internet xidmətlərindən yüksək keyfiyyətlə istifadə etməsi üçün nəzərdə tutulan layihənin icrasına başlayıb. Layihə üzrə 25 rayonun 236 kəndi 1400 kilometr optik kabel çəkilməklə 25 min internet portu ilə təmin ediləcək.Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən  bildirilib ki, artıq Yevlax, Kürdəmir, Hacıqabul, Şəki, Masallı, Ağsu, Ağdam, Sabirabad, Saatlı, Yardımlı, Biləsuvar, Neftçala, Astara və Lerik rayonlarında işlərə başlanılıb. Kəndlərin yüksək keyfiyyətli optik kabellərlə təmin edilməsi ilə sakinlər telefon ilə yanaşı, bütün multimedia xidmətlərindən istifadə edə biləcəklər.
OXŞAR XƏBƏRLƏR