Kəndlilərin davası qanlı bitdi: 2 ölü, 9 yaralı

Kəndlilərin davası qanlı bitdi: 2 ölü, 9 yaralı
Bütün Xəbərlər
10:48 24.05.2013
1002
Türkiyənin İğdır vilayətində iki kəndin sakinləri arasında çıxan dava qanlı bitib. Belə ki, Karaçomak və Özdəmir kəndlərinin sakinləri yaylaq ərazisi üstündə mübahisə ediblər. Həmin ərazi 30 ildir mübahisə mövzusu olub. Bu dəfə isə kəndlilər arasında davada silahdan, daş və dəyənəkdən istifadə edilib. Nəticədə 2 nəfər ölüb, 9 nəfər də xəsarət alıb. Ölənlərdən biri odlu silahdan açılan atəşin qurbanı olub, digəri isə daşla yaralandıqdan sonra ürəktutmasından dünyasını dəyişib.
OXŞAR XƏBƏRLƏR