Kəngərlidə ağır qəza, avtomobil aşıb, ölən var

Kəngərlidə ağır qəza, avtomobil aşıb, ölən var
SOSİAL
18:56 26.09.2026
155
Kəngərlidə avtomobil qəzası olub.

Hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, "Logan" markalı avtomobil yoldan çıxarıb aşıb. Qəza nəticəsində 1977-ci il təvəllüdlü Əsgərov Sadiq Fərrux oğlu həyatını itirib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

///apa.az///
OXŞAR XƏBƏRLƏR