Keniyada güclü yağışların yaratdığı daşqınlar nəticəsində ölənlərin sayı 49-a çatıb. Bu barədə "Daily Nation” qəzeti məlumat verib. Məlumata görə 6 martdan bəri davam edən daşqınlar zamanı ölümlərin əksəriyyəti Nayrobidə baş verib. Ən azı 2600 ailə evlərini tərk etmək məcburiyyətində qalıb. /APA