Keniyada yol qəzasında 17 nəfər ölüb

Keniyada yol qəzasında 17 nəfər ölüb
DÜNYA
15:31 03.10.2026
183
Nayrobi-Mombasa magistral yolunda bir neçə avtomobilin kütləvi toqquşması nəticəsində ən azı 17 nəfər həlak olub.

Bu barədə "Xinhua" agentliyi Keniya polisisinə istinadən xəbər verir.

Polisin məlumatına görə, qəza Salam şəhərində baş verib, belə ki, sahil şəhəri Mombasaya yönələn yük maşınının sürücüsü avtomobil karvanını ötməyə cəhd edib, lakin digər yük maşınının arxa sağ hissəsinə toxunub. Zərbənin nəticəsində birinci yük maşınının sürücüsü idarəetməni itirib və Nayrobi istiqamətində hərəkət edən qarşıdan gələn iki nəqliyyat vasitəsinə çırpılıb.

Daha sonra o, içərisində 12 sərnişin olan mikroavtobusla toqquşub. Sürücü də daxil olmaqla bütün sərnişinlər həlak olub. Birinci yük maşınının sürücüsü də daxil olmaqla daha dörd nəfər yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.

Polis araşdırma aparır.
 
//Bakıvaxtı.az
OXŞAR XƏBƏRLƏR