"Kəpəz” daha bir legioner futbolçu transfer edib.
AZXEBER.COM-un klubun mətbuat xidmətinə istinadən məlumatına görə, gəncəlilər bu dəfə hücum xəttini gücləndiriblər.
Ötən gün qapıçı İqor Rodrigeslə anlaşan bölgə təmsilçisi bu dəfə malili Adama Nianeni heyətə cəlb edib. 30 yaşlı forvard yeni komandası ilə mövsümün sonuna qədər müqavilə bağlayıb.
Qeyd edək ki, Adama Niane son olaraq İranın "Nassaji” klubunda çıxış edib. O, daha əvvəl Fransa və Belçikada legioner həyatı yaşayıb. Futbolçu 2017-2019-cu illərdə Mali millisinin heyətində 7 matçda iştirak edib.