Sentyabrın 12-də Azərbayacan Premyer Liqasının V turu çərçivəsində "Kəpəz" və "Qəbələ" komandaları arasında keçiriləcək oyununun start fitindən öncə Gəncə Şəhər Stadionunda 1 dəqiqəlik sükut elan olunacaq.
AZXEBER.COM xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 1 dəqiqəlik sükutla bu günlərdə vəfat edən Azərbaycanın veteran futbolçusu Mehman Hacıyev yad olunacaq.
Bununla bağlı "Kəpəz" rəhbərliyinin PFL-ə müraciətinə müsbət cavab verilib.
Bir dəqiqəlik sükut zamanı, həmçinin stadionun ekranlarında mərhumun fotosu əksini tapacaq.











































