Kərbəlaya gedən zəvvarları aldadıb yarıyolda qoyan şəxs tutuldu

Kərbəlaya gedən zəvvarları aldadıb yarıyolda qoyan şəxs tutuldu
SOSİAL
16:07 22.08.2025
309
Bakı şəhəri ərazisində, eləcə də bölgələrdə çoxsaylı vətəndaşları İraq Respublikasında yerləşən ziyarətgahlara aparmaq adı ilə aldadaraq pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, 43 yaşlı Masallı rayon sakini Rasim Şahbazov "Instagram” sosial şəbəkəsində "Risalət Travel” adlı səhifə yaradaraq insanları ziyarətə aparmaq üçün turlar təşkil etdiyi barədə elanlar yerləşdirib. Bu yolla o, səhifəyə müraciət edən xeyli sayda zərərçəkənin müxtəlif məbləğlərdə pullarını ələ keçirib. R.Şahbazov aldatdığı şəxslərə verdiyi vədi sonradan yerinə yetirməyib və zərərçəkənləri sosial şəbəkələrdə "bloklayaraq” onlarla olan əlaqələrini dayandırıb. 

Faktlarla bağlı Cinayət Məcəlləsinin xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanılıb. R.Şahbazov təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunub. 

Onun barəsində məhkəmənin qərarı ilə 3 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Hazırda zərər çəkmiş digər şəxslərin də dairəsinin müəyyən edilməsi məqsədilə əlavə əməliyyat-istintaq tədbirləri davam etdirilir. 

Bu şəxsin qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, polis orqanlarına,  DİN "102” Xidməti Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Kişilər məndən qorxur, çünki..." - Roza
21:05 22.08.2025
"Kişilər məndən qorxur, çünki..." - Roza
Tramp Putin və Zelenski arasındakı mümkün görüşdə iştirak etməməyi üstün tutur
20:50 22.08.2025
Tramp Putin və Zelenski arasındakı mümkün görüşdə iştirak etməməyi üstün tutur
Ağdarədə dağlıq ərazidəki yanğın söndürüldü - VİDEO
20:44 22.08.2025
Ağdarədə dağlıq ərazidəki yanğın söndürüldü - VİDEO
Azərbaycan Prezidenti İlham Əliyevə “Axaltəkə” atı hədiyyə edilib - FOTOLAR
20:31 22.08.2025
Azərbaycan Prezidenti İlham Əliyevə “Axaltəkə” atı hədiyyə edilib - FOTOLAR
Astarada 47 yaşlı qadının qətli ilə bağlı cinayət işi açılıb
20:22 22.08.2025
Astarada 47 yaşlı qadının qətli ilə bağlı cinayət işi açılıb
Məcburi köçkün, yaralanan və girovluqda işgəncə görən şəxslər məhkəmədə ifadə veriblər
20:16 22.08.2025
Məcburi köçkün, yaralanan və girovluqda işgəncə görən şəxslər məhkəmədə ifadə veriblər
Azərbaycan güləşçisi erməni rəqibini məğlub edərək, dünya çempionu oldu
20:09 22.08.2025
Azərbaycan güləşçisi erməni rəqibini məğlub edərək, dünya çempionu oldu
"Fənərbağça" Premyer Liqada çıxış edən futbolçunun keçidini açıqlayıb
19:48 22.08.2025
"Fənərbağça" Premyer Liqada çıxış edən futbolçunun keçidini açıqlayıb
La Liqa təmsilçisi "Çelsi"nin futbolçusunu transfer edib
19:33 22.08.2025
La Liqa təmsilçisi "Çelsi"nin futbolçusunu transfer edib
Trampın keçmiş müşavirinin evində axtarış aparılıb
19:20 22.08.2025
Trampın keçmiş müşavirinin evində axtarış aparılıb
İranda naməlum şəxslər patrul maşınlarına atəş açıblar, 5 polis həlak olub
19:09 22.08.2025
İranda naməlum şəxslər patrul maşınlarına atəş açıblar, 5 polis həlak olub
Makron, Merts və Tusk gələn həftə Moldovaya gedəcək
18:56 22.08.2025
Makron, Merts və Tusk gələn həftə Moldovaya gedəcək
Niderland klubu "Bavariya"nın yarımmüdafiəçisi ilə güclənib
18:45 22.08.2025
Niderland klubu "Bavariya"nın yarımmüdafiəçisi ilə güclənib
Şri-Lankanın keçmiş prezidenti həbs edilib
18:32 22.08.2025
Şri-Lankanın keçmiş prezidenti həbs edilib
“Türkmənistanın belə bir təşəbbüs göstərməsi türk dünyasını güc mərkəzinə çevirəcək”
18:27 22.08.2025
“Türkmənistanın belə bir təşəbbüs göstərməsi türk dünyasını güc mərkəzinə çevirəcək”
Almaniya Fələstinin tanınması prosesini səmərəsiz addım adlandırıb
18:22 22.08.2025
Almaniya Fələstinin tanınması prosesini səmərəsiz addım adlandırıb