Kərə yağını 18 manata kimi bahalaşdıran monopolistlər kimlərdir?

SOSİAL
11:19 05.10.2017
9346
Azərbaycanda kərə yağı və bitki yağlarının qiyməti pik həddə çatıb. Yeni Zellandiya istehsalı "Westgold” və "Ancor” kərə yağlarının 1 kiloqramı 17-18 manat, Fransa istehsalı olan "French Cow" 18 manat 50 qəpiyə, Hollandiya istehsalı "President” yağı 18 manat 50 qəpiyə, Türkiyə istehsalı "Pınar” kərə yağı isə 24 manat 40 qəpiyə təklif edilir. 

Kərə yağları ilə yanaşı, bitki yağlarının da qiymətində 10-15 faizlik artım müşahidə olunur.
 
Qeyd edək ki, bu ilin 8 ayı ərzində Azərbaycana 46 265.94 min dollarlıq 10 284.39 ton kərə yağı və süddən hazırlanmış yağlar idxal edilib. 2016-cı ildə 1 kq yağ 3.39 ABŞ dollarına, cari ildə isə 1 kq yağ 4.28 ABŞ dollarına rəsmiləşdirilib. 
 
Bahalaşma geniş ictimaiyyətin haqlı narazılığına səbəb olub. Hətta, deputat Çingiz Qənizadə parlamentin ilk sessiyasında seçicilərinin ona ünvanlandığı "kərə yağı hansı səbəbdən 18 manata satılır” sualını səslənidirib.
 
Dövlət Gömrük Komitəsi Azərbaycana idxal edilən kərə yağının bahalaşması səbəblərinə aydınlıq gətirərkən, daxili bazarda qiymət formalaşmasının qurumun səlahiyyətində olamdığını bildirib.
AZXEBER.COM xəbər verir ki, İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Modern.az-a kərə yağının qiymətlərinin dövlət tərəfindən tənzimlənən malların siyahısına daxil edilmədiyini deyib.
 
"Azad İstehlakçılar" Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib ki, kərə yağının bahalaşmasının bir nömrəli amili, dünya bazarında kərə yağının qiymətinin qalxmasıdır:

"2016 -cı ilin iyun, iyul ayları ilə müqayisədə 2017-ci ilin müvafiq dövründə kərə yağının dünya bazarında (əsasən Avstraliya, Avropa və Amerika qiymətləri nəzərdə tutulur) qiymətləri 100%, yəni 2 qat artıb. Qiymətə təsir edən bu 3 bazardan isə Okeaniyanın təsiri daha çoxdur”.
 
E.Hüseynov bildirib ki, qiymət artımının səbəbi dünyada süd istehsalının azalmasıdır:

"Dünya bazarında süd məhsullarının 2015-ci ilin son 2 rübü- 2016-cı ilin ilk 2 rübündə aşağı olması ilə bağlıdır. Süd məhsulullarının qiyməti aşağı olanda süd istehsal edən fermerlər inəklərini satırlar, sahələrini digər məhsul istehsalına uyğunlaşdırırlar. Süd istehsalının azalması isə yağ istehsalının azalmasına gətirib çıxarıb. Kərə yağına tələbat isə əvvəlki illərdəki kimi yüksəkdir. Bazarda tələb artanda istehsal tələbatı tam ödəyə bilmirsə, qiymətlər artır”.

İqtisadçı ekspert Natiq Cəfərli də bildirib ki, kərə yağının bahalaşmasının səbəbi dünya bazarında kərə yağının qiymətinin qalxmasıdır:

"Bu, bahalaşmanın obyektiv səbəbidir. Azərbaycanda bahalaşmanın əsas səbəbi gömrük rüsumlarının və vergi dərəcələrinin yüksək olması, o cümlədən monopoliyanın güclü olmasıdır. Gürcüstanda gömrük rüsumu və vergi dərəcələri ilə Azərbaycandakı gömrük və vergi dərəcələri arasındakı fərq də qiymətlərə təsir edir. Əgər hökumət öz əhalisini öz daxili istehsalı hesabına müəyyən ərzaq məhsulu ilə təmin edə bilmirsə, bunun üçün imkanlar, daxili resursları yoxdursa, gömrük rüsumları və vergi dərəcələrini azaltmaq yolu ilə qiymətlərə təsir edə bilər. Əgər Azərbaycanda istehsal olunan yağ əhalinin tələbatlarını ödəyə bilmirsə, o zaman nəyə görə gömrükdə bu məhsula görə rüsum ödənilməlidir? Bu da qiymətin üzərinə təqribən 35-36 faiz əlavə xərcin gəlməsinə səbəb olur”.

N.Cəfərli Azərbaycana kərə yağı idxal edən az sayda şirkətin olduğunu qeyd edib:

"Başqa fiziki və hüquqi şəxslərin Azərbaycana yağ gətirməsinə ciddi maneələr var. Bu da inhisarçılığa yol açan əsas səbəblərdən biridir. Sərhədyanı zonalarda yaşayan əhali belə öz ehtiyaclarını ödəmək üçün qonşu Gürcüstandan və Rusiyadan yağ gətirə bilmir, bunun həcmi ilə bağlı da müəyyən məhdudiyyətlər qoyulur. Bir qutudan artıq yağı gömrükdən keçirməyə qoymurlar. Yeri gəlmişkən, Rusiyada da kərə yağı Azərbaycandan daha ucuz satılır. Prezident də dəfələrlə öz çıxışlarında bir çox sahələrdə monopoliyanın olduğunu vurğulayıb. İndi müxtəlif qurumların "inhisarçılıq yoxdur” açıqlaması heç bir məntiqə sığmır”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:03 13.02.2025

Yeni yaranan ulduzu görüntüləmək mümkün oldu - FOTOLAR

15:01 13.02.2025

"Televiziya auditoriyasının alıcılıq qabiliyyəti daha yüksəkdir" - Rolan Mammadlinski

14:49 13.02.2025

Bu ölkədə ev heyvanlarına pasport almaq məcburi oldu - FOTOLAR

14:48 13.02.2025

"Nike" və "Adidas"a rəqib olan məşhur geyim şirkəti iflas etdi

14:44 13.02.2025

Elnur Bağırov təbii inhisarçılarla "vuruşa" biləcəkmi yaxud "vuruşmaq" istəyəcəkmi?

14:42 13.02.2025

Ukraynada Poroşenko və bir sıra şəxslərə qarşı sanksiyalar tətbiq edildi

14:38 13.02.2025

Azərbaycan millisinin baş məşqçisi mükafata layiq görüldü

14:38 13.02.2025

"Qalatasaray" və "Fənərbağça"nın oyunları saat neçədə, hansı telekanalda?

14:37 13.02.2025

Münxendə avtomobil izdihamın üzərinə sürülüb, xəsarət alanlar var

14:36 13.02.2025

Alişan Sevgililər günündə həyat yoldaşına Ümrə ziyarəti hədiyyə etdi

14:34 13.02.2025

İsrailin hədəfi yenə İran oldu - ABŞ mediası mühüm faktları açıqladı

14:23 13.02.2025

Burak Özcivit ilə şəkil çəkdirməyə görə 1 milyon ödəyib? - AÇIQLAMA

14:18 13.02.2025

Somali Prezidenti Səngəçal neft terminalı ilə tanış olub

14:04 13.02.2025

Koreyalı alimlər xərçəng hüceyrələrini normallaşdıran üsul tapdılar

14:01 13.02.2025

“Sputnik Azərbaycan” və "BBC Azerbaycanca" ilə bağlı qərar verildi

13:54 13.02.2025

Bəşər Əsəd Suriyadan necə qaçırılıb? - TƏFƏRRÜATLAR