Kərəm Həsənov Mahmudovla münasibətlərini gizlətməyə çalışır – Ortaq biznesləri varmış

Kərəm Həsənov Mahmudovla münasibətlərini gizlətməyə çalışır –  Ortaq biznesləri varmış
Bütün Xəbərlər
14:29 15.11.2015
4856

“Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun Baş Prokurorluqda dindirilməsi barədə məlumatlar həqiqəti əks etdirmir”.

Bunun Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) ictimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiriQulu Xəlilovdeyib.

O bildirib ki, belə məlumatlar böhtan xarakteri daşıyır və bilərəkdən yayılır:“Belə məlumatlar bir sıra qərəzli və külli miqdarda dövlət əmlakını əldə etmək istəyən, lakin buna Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən imkan verilməyən şəxslər tərəfindən qəsdən saytlara ötürülür. Bu cür şayiələr yaymaq Əmlak Məsələləri Dövlət Komitəsinin qanunvericiliklə müəyyən edilmiş fəaliyyətinə və nüfuzuna xələl gətirmək məqsədi və sabotaj xarakteri daşıyır”.

Q. Xəlilov xatırladıb ki, komitə fəaliyyətində açıqlığı, şəffaflığı və ictimai məlumatlandırmanın təmin olunmasını “KİV haqqında” qanuna uyğun olaraq özünün rəsmi internet səhifəsi, mətbu orqanları və digər media vasitələrində məlumatları yaymaqla həyata keçirir.

Göründüyü kimi,Əmlak Məsələləri Dövlət Komitəsinin sözçüsünün ittiham xarakterli təkzibi ünvanlıdır. Yəni Kərəm Həsənov mətbuata onun barəsində məlumatların kim tərəfindən ötürüldüyünü bildiyini elan edir. Söhbət kimdən və ya kimlərdən gedir, dəqiqliklə deyə bilmərik. Lakin istənilən halda K.Həsənovun adının MTN ətrafında baş verən hadisələrdə hallanması təbiidir.

Məsələ ondadır ki, keçmiş MTN başçısı Eldar Mahmudovla Kərəm Həsənovun münasibətləri çox yaxşı olub və hətta onların biznes şərikliyi haqda da iddialar var.Bundan başqa, Eldar Mahmudovla Kərəm Həsənovu “ortaq düşmənə” qarşı mübarizə motivinin də birləşdirdiyi haqda əsaslı məlumatlar var.

K.Həsənov isə keçmiş MTN rəhbəri ilə münasibətlərindən xüsusi məmnunluq duyduğunu heç vaxt gizlətməyib. Təsadüfi deyil ki,Kərəm Həsənovun qızının 2 il əvvəlki toyunda Eldar Mahmudov əvvəldən axıradək iştirak edərək, bir növü komitə sədri ilə xüsusi münasibətlərini qəsdən “ortaq düşmənlərə” də nümayiş etdirmiş olub.

Bu iki iri məmur-oliqarxı başqa “işgüzar” münasibətlərin də bir araya gətirdiyi barədə isə mətbuat bugünlərdə yazmağa başlayıb.Söhbət daşınmaz əmlaklar, onların sahiblərilə bağlı MTN-dəkiləri maraqlandıran məlumatların Kərəm Həsənov tərəfindən onlara təqdim olunmasından gedir. (azpolitika.info)

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İmişlidə toyda zəhərlənmə şübhəsi ilə xəstəxanaya daha 10 nəfər müraciət edib
22:01 25.09.2025
İmişlidə toyda zəhərlənmə şübhəsi ilə xəstəxanaya daha 10 nəfər müraciət edib
İlham Əliyev BMT-nin baş katibi Antonio Quterreş ilə görüşüb
21:46 25.09.2025
İlham Əliyev BMT-nin baş katibi Antonio Quterreş ilə görüşüb
Leyla Əliyeva Nyu-Yorkda Sloveniya Prezidentinin həyat yoldaşı Ales Musarla görüşüb
21:32 25.09.2025
Leyla Əliyeva Nyu-Yorkda Sloveniya Prezidentinin həyat yoldaşı Ales Musarla görüşüb
Azərbaycan Prezidenti BMT kürsüsündən beynəlxalq ictimaiyyətə çağırış edib
21:27 25.09.2025
Azərbaycan Prezidenti BMT kürsüsündən beynəlxalq ictimaiyyətə çağırış edib
Azərbaycan Prezidenti: Biz həm müharibədə, həm də sülhdə qələbə qazandıq
21:26 25.09.2025
Azərbaycan Prezidenti: Biz həm müharibədə, həm də sülhdə qələbə qazandıq
İlham Əliyev: Azərbaycan qlobal səviyyədə humanitar yardım səyləri ilə qürur duyur
21:25 25.09.2025
İlham Əliyev: Azərbaycan qlobal səviyyədə humanitar yardım səyləri ilə qürur duyur
Azərbaycan Prezidenti: Xəzər dənizi sürətlə kiçilir və əsas səbəb iqlim dəyişmələri deyil
21:22 25.09.2025
Azərbaycan Prezidenti: Xəzər dənizi sürətlə kiçilir və əsas səbəb iqlim dəyişmələri deyil
İlham Əliyev: Azərbaycanın valyuta ehtiyatları xarici borcumuzdan təxminən 16 dəfə artıqdır
21:21 25.09.2025
İlham Əliyev: Azərbaycanın valyuta ehtiyatları xarici borcumuzdan təxminən 16 dəfə artıqdır
Prezident: 2030-cu ilə qədər enerji istehsalımızın təxminən 40 faizi bərpaolunan mənbələr hesabına təmin olunacaq
21:20 25.09.2025
Prezident: 2030-cu ilə qədər enerji istehsalımızın təxminən 40 faizi bərpaolunan mənbələr hesabına təmin olunacaq
İlham Əliyev: Azərbaycan boru kəməri vasitəsilə qaz təmin edən ölkələrin sırasında dünyada birinci yeri tutur
21:19 25.09.2025
İlham Əliyev: Azərbaycan boru kəməri vasitəsilə qaz təmin edən ölkələrin sırasında dünyada birinci yeri tutur
Prezident: Xəzər regionunun beynəlxalq bazarlara birləşdirilməsində strateji rol oynayırıq
21:18 25.09.2025
Prezident: Xəzər regionunun beynəlxalq bazarlara birləşdirilməsində strateji rol oynayırıq
Azərbaycan Prezidenti: Dünya bu gün və yaxın gələcəkdə mədən yanacaqları olmadan yaşaya bilməz
21:16 25.09.2025
Azərbaycan Prezidenti: Dünya bu gün və yaxın gələcəkdə mədən yanacaqları olmadan yaşaya bilməz
Prezident: Postmünaqişə dövründə ən böyük humanitar problemlərdən biri də minaların yaratdığı təhlükədir
21:10 25.09.2025
Prezident: Postmünaqişə dövründə ən böyük humanitar problemlərdən biri də minaların yaratdığı təhlükədir
Azərbaycan Prezidenti: Azad edilmiş torpaqlarda artıq 50 mindən çox insan yaşayır, işləyir və təhsil alır
21:09 25.09.2025
Azərbaycan Prezidenti: Azad edilmiş torpaqlarda artıq 50 mindən çox insan yaşayır, işləyir və təhsil alır
Prezident Azərbaycan ilə Ermənistan arasında sülh prosesinə dəstəyinə görə Donald Trampa təşəkkür edib
21:06 25.09.2025
Prezident Azərbaycan ilə Ermənistan arasında sülh prosesinə dəstəyinə görə Donald Trampa təşəkkür edib
Prezident: Vaşinqton Sammiti Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanmasına işarədir
21:04 25.09.2025
Prezident: Vaşinqton Sammiti Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanmasına işarədir