Kərimzadə Pərvin seçiciləri ilə görüşdü - Gəncədə

Kərimzadə Pərvin seçiciləri ilə görüşdü - Gəncədə
Bütün Xəbərlər
14:20 29.10.2015
1197
37 saylı Nizami birinci (Gəncə) seçki dairəsi üzrə Kərimzadə Pərvin Orxan qızı Yeni Gəncə yaşayış massivində seçicilərlə növbəti görüşünü keçirib. Pərvin Kərimzadə və Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələri, partiya fəalları qapı-qapı gəzərək, seçicilərin arzu və istəklərini, ehtiyaclarını öyrənib, təkliflərini dinləyiblər.
Noyabrın 1-də seçiciləri seçki məntəqələrinə dəvət edərək, Vətənimizin tərəqqisi, xalqımızın parlaq gələcəyi, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi naminə Yeni Azərbaycan Partiyasına və onun ən layiqli namizədlərinə səs verməyə dəvət ediblər.
Seçicilər yaxınları, həmkarları, dostları ilə birlikdə seçki məntəqələrinə gələrək, partiyanın namizədlərini dəstəkləyəcəklərini bəyan ediblər.
Görüşdən fotoları Sizlərə təqdim edirik.
OXŞAR XƏBƏRLƏR