Bakıda yaşayış evində partlayış olub.Nizami rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün rayonun Keşlə qəsəbəsi, Oqtay Vəliyev küçəsində təmir edilməkdə olan fərdi yaşayış evində qeydə alınıb. Qaynaq işləri zamanı balon partlayıb və nəticədə evdə usta işləyən, 39 yaşlı Əbülfət Tahirov xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.Faktla bağlı araşdırma aparılır.