Kevin Medina "Qarabağ"dan ayrılır

İDMAN
15:39 09.07.2023
217
"Qarabağ"ın futbolçusu Kevin Medina komandadan ayrılır.

Qol.az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, kolumbiyalı müdafiəçi Türkiyənin "Rizespor" klubuna keçməyə yaxındır.

Bu keçidin tezliklə həyata keçəcəyi gözlənilir.

Qeyd edək ki, "Rizespor" növbəti mövsüm Türkiyə Superliqasında çıxış edəcək.
Kevin Medina 2020-ci ildən "Qarabağ"da çıxış edir. Onun Ağdam klubu ilə 2025-ci ilin iyununa qədər müqaviləsi var.
OXŞAR XƏBƏRLƏR