‘Khazar İslands’da körpü uçuruldu

‘Khazar İslands’da körpü uçuruldu
Bütün Xəbərlər
19:29 16.11.2013
2129

Azərbaycanın 100 milyardlıq layihəsi barədə bəd xəbər yayıldı

Noyabrın 16-da “Khazar İslands”-da böyük bir körpünün uçması xəbəri yayılıb. Uçan körpü adalar kompeksindəki tikintisi başa çatmamış körpülərdən biridir. Uçqun zamanı insan tələfatı baş verməyib.

“Khazar İslands” layihəsinin rəhbəri Hacı İbrahim Nehrəmli faktı təsdiq edib. Layihə rəhbərinin sözlərinə görə körpünün uçması yayılan xəbərlərdə deyildiyi kimi qəza nəticəsində olmayıb: “İki adanı birləşdirən körpünün bir hissəsi texniki standartlara cavab vermirdi, memarlıq tələblərini pozurdu. Mütəxəssislərlə məsləhətləşmələrdən sonra körpünün 10 metrini uçurub yenidən tikmək qərarı verdik. Tikinti işləri davam edir. Yəni guya uçqun barədə xəbər yayılıbsa, biləsiniz ki, onu mən özüm törətmişəm ”.

“Xəzər İslands”da 78 ada və 150 körpü və 150 km uzunluğunda bulvar salınacağı planlaşdırılıb. Layihənin dəyəri 100 milyarddan artıqdır. Ötən ay “Xəzər İslands”ın idman kompleksi istifadəyə verilib. (musavat.com)

OXŞAR XƏBƏRLƏR