"Kiçik və orta sahibkarlara vergi güzəştləri veriləcək" - Mikayıl Cabbarov

"Kiçik və orta sahibkarlara vergi güzəştləri veriləcək" - Mikayıl Cabbarov
MANŞET
16:34 05.06.2018
5989
Biznes strukturlarının vergi islahatlarından məmnunluğu onların şəffaf fəaliyyəti ilə birbaşa bağlı olacaq.

Vergilər Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, bunu nazir Mikayıl Cabbarov bu gün keçirilən Avropa İttifaqı - Azərbaycan biznes forumunda deyib.

M.Cabbarov vergi sistemində aparılan islahatlar və dəyişikliklərlə bağlı bir sıra açıqlamalar verib. Qeyd edilib ki, vergi sistemində islahatları həyata keçirərkən vergi ödəyicilərinin, iş adamlarının, investorların bu və ya digər məsələlərlə bağlı düşüncələri və ictimai müzakirələrin əhəmiyyəti nəzərə alınır. Vergilər Nazirliyi bununla bağlı keçirilən müxtəlif araşdırmaları diqqətlə izləyir və biznes mühitinin öyrənilməsinə yönəlmiş tədqiqatları yüksək dəyərləndirir.

Vergilər naziri qeyd edib ki, vergi qanunvericiliyində və inzibatçılığında islahatlar həyata keçiriləcək, lakin biznes strukturlarının bu islahatlardan məmnunluğu onların öz bizneslərini hansı dərəcədə şəffaf həyata keçirməsi ilə birbaşa bağlı olacaq. Forumda iştirak edən biznes nümayəndələrinn 60-70%-nin ƏDV ödəyicisi olduğunu bildirən nazir ölkədəki fəal vergi ödəyicilərinin cəmi 3%-nin ƏDV ödəyicisi olduğunu qeyd edib.

Vergilər Nazirliyinin islahatlara yeni baxış bucağı barədə danışan M.Cabbarov biznes sferasında müşahidə olunan 3 böyük problemi vurğulayıb: "Bunlar dövriyyə, hesabatlılıq və əmək haqqlarının qeydiyyatında ciddi azaldılmalarla bağlıdır. Bu bizim kontekstimizdir və vergi islahatları paketinin əsas istiqamətləri bu kontekstdən çıxış edərək təklif olunacaqdır”.

Vergilər naziri bildirib ki, kiçik və orta sahibkarlıq üçün əhəmiyyətli vergi güzəştləri veriləcək. Burada həm vergi inzibatçılığının sadələşdirilməsi, həm də vergi yükünün azaldılması nəzərdə tutulur. Digər tərəfdən vergi orqanları hesabatlılığa dair ümumi tələblərin artırılması istiqamətində addımlayacaq. Lakin, bu da öz növbəsində, özəl sektorda, xüsusilə qeyri-neft sektorunda fəaliyyət gösətərən müəssisələr üçün ümumi vergi yükünün azaldılması istiqamətində addımlarla müşayiət olunacaq. Vergilər naziri "kölgə iqtisadiyyatı”nın səviyyəsinin azaldılmasına yönəlmiş bu və ya digər tədbirlərin müsbət rol oynayacağını da qeyd edib.

M.Cabbarovun sözlərinə görə, vergi yoxlamalarının sayı ilə keyfiyyəti arasında əlaqə fərqli şəkildə qurulmalıdır. Bu ilin ilk 4 ayında Vergilər Nazirtliyi tərəfindən keçirilən səyyar vergi yoxlamalarının dinamikasına əsasən, onların sayı ötən ilin müvafiq dövrünə nisbətən 40% azalıb və bu siyasət davam etdiriləcəkdir.

Vergilər naziri biznes nümayəndələrinə və onların ictimai təşkilatlarına müraciət edərək vergi sahəsi ilə bağlı bütün təkliflərini Vergilər Nazirliyinə ünvanlamağa çağırıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yüksək maaşlı peşələrin siyahısı AÇIQLANDI
13:52 24.06.2025
Yüksək maaşlı peşələrin siyahısı AÇIQLANDI
Prezident Çinin “Dongfang Electric İnternational Corporation” Şirkətinin İdarə Heyətinin sədrini qəbul edib
13:50 24.06.2025
Prezident Çinin “Dongfang Electric İnternational Corporation” Şirkətinin İdarə Heyətinin sədrini qəbul edib
Spiker Milli Məclisin növbəti iclasının vaxtını açıqladı
13:39 24.06.2025
Spiker Milli Məclisin növbəti iclasının vaxtını açıqladı
Bu yol bağlanır - DİQQƏT!
13:30 24.06.2025
Bu yol bağlanır - DİQQƏT!
"Sahibkarlar Forumu" keçirilib
13:28 24.06.2025
"Sahibkarlar Forumu" keçirilib
İranın "nüvə" MESAJI
13:24 24.06.2025
İranın "nüvə" MESAJI
Nazirdən TƏNQİD: "50 adam hesab etsə ki, sual çətindir, onda ölkədə heç vaxt imtahan keçirmək olmaz"
13:23 24.06.2025
Nazirdən TƏNQİD: "50 adam hesab etsə ki, sual çətindir, onda ölkədə heç vaxt imtahan keçirmək olmaz"
Bakıda 58 yaşlı kişi tutuldu: Taksisinə minən qızlara nömrə verirmiş
13:18 24.06.2025
Bakıda 58 yaşlı kişi tutuldu: Taksisinə minən qızlara nömrə verirmiş
Leyla və Arzu Əliyevalar bu gənc  ailənin qonağı oldular - FOTOLAR
13:05 24.06.2025
Leyla və Arzu Əliyevalar bu gənc ailənin qonağı oldular - FOTOLAR
Məhərrəm ayı qabağı şadlıq evlərində yerlər tam bron edildi - Qızıl bazarında vəziyyət necədir? VİDEO
13:02 24.06.2025
Məhərrəm ayı qabağı şadlıq evlərində yerlər tam bron edildi - Qızıl bazarında vəziyyət necədir? VİDEO
"Məktəbəqədər kurslar ailə büdcəsini dağıdır" - Deputat etiraz etdi
13:01 24.06.2025
"Məktəbəqədər kurslar ailə büdcəsini dağıdır" - Deputat etiraz etdi
"16 illik ərim mənə müğənni Mətanətlə xəyanət edir" - Canlı efirdə daha bir OLAY
12:58 24.06.2025
"16 illik ərim mənə müğənni Mətanətlə xəyanət edir" - Canlı efirdə daha bir OLAY
İsrailin müdafiə naziri Tehrana hücum əmri verib
12:57 24.06.2025
İsrailin müdafiə naziri Tehrana hücum əmri verib
Tanınmış model Anarın adından dələduzluq etdi
12:55 24.06.2025
Tanınmış model Anarın adından dələduzluq etdi
"Dünyadan geri qalmışıq, televiziyalarda xanım müğənnilərin debatlarına baxırıq..." - DEPUTAT
12:54 24.06.2025
"Dünyadan geri qalmışıq, televiziyalarda xanım müğənnilərin debatlarına baxırıq..." - DEPUTAT
Axundun qaçırdığı 16 yaşlı qızın ailəsində faciə baş verib: Hadisənin detalları
12:51 24.06.2025
Axundun qaçırdığı 16 yaşlı qızın ailəsində faciə baş verib: Hadisənin detalları