Kim deyir ki, qadın bu idmanla məşğul ola bilməz? - FOTOLAR

İDMAN
19:30 08.11.2013
2051

Qadın bodibildinqi - gözəllik və çirkinlik.

AZXEBER.COM-un məlumatına görə, elə idman növləri var ki, qadınları orada təsəvvür etmək çətin olur.Bu növlərdən biri də bodibildinqdir. Hazırkı planda daha mübahisəli məqam var: qadın bodibildinqi - gözəllik, yoxsa çirkinlik? Sərhəd haradadır?İlk əvvəl bodibildinqin nə demək olduğunu anlamaq lazımdır. Sualın cavabını tam işıqlandırmaq üçün aşağıda mövcud hadisənin müsbət və mənfiləri təsvir edilib.İngilis dilindən hərfi tərcümədə “bədənin qurulması” mənasını verir. Hər bir qadın bədən quruluşuna tənqidi yanaşır. Bəziləri şeypinqlə, yaxud da step-aerobika ilə məşğul olur, digərləri isə qaçışa üstünlük verir. Ən cəsarətlilər bodibildinqlə məşğul olmağa başlayırlar.Qadın bodibildinqi əzələlərin mütləq şəkildə güclənməsini ifadə etmir. Çəki ilə bağlı problemi olan əksər qızlar bodibildinqlə məşğul olmağa başlayır.Bodibildinqlə məşğul olan qadınlar bəzən əzələlərini gücləndirən zaman gərəksiz ifrata yol verirlər, orqanizmin yağ ehtiyatı bitir, onlar isə bədəni yükləməkdə davam edirlər, menstruasiya prosesi pozulur. Süd vəziləri azalmağa başlayır. Ona görə də hər şeydə ölçünü gözləmək lazımdır.Hər şey qadının özündən asılıdır. Əksər qadınlar üçün həftədə bir neçə dəfə zala getmək və trenajorun pedalını fırlatmaq kifayətdir. Bəziləri üçün isə bu, kifayət etmir, onlar tez-tez zala baş çəkməli və tədricən yüklərini artırmalı olurlar. Sonra isə sistem şəklini alır və qızlar zal olmadan özlərini narahat hiss etməyə başlayırlar.İndi isə qadın və kişi bodibildinqini və aralarındakı fərqi anlamağa çalışaq. Əkər kişilər bodibildinqə o qədər pərəstiş edirlər ki, sadəcə, əldə etdikləri nəticə üzərində dayana bilmirlər, sonra məşq prosesində elə məqam yetişir ki, qarşıya qoyulan hansısa məqsədə nail olmaq çətin olur və steroidlərin sərfinə qaçmalı olursan. Eyni şey qadınlarda da baş verir. Yalnız fərq ondadır ki, qadınlar üçün ciddi nəticələrə nail olmaq çətindir.Sonda bir daha xatırladaq ki, hər işdə ölçünü gözləmək lazımdır. Qadın bodibildinqi bir flakonda gözəllik və çirkinlik deməkdir.

OXŞAR XƏBƏRLƏR