Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəs “Muhteşem Yüzyıl” (Möhtəşəm əsr) serialında Məryəm Üzərlinin yerinə Hürrəm rolu üçün Vahidə Gördümün gətirilməsinə kəskin münasibət bildirib. Bu barədə fikirlərini sosial şəbəkədə yazan Tatlısəs tamaşaçının axmaq yerinə qoyulduğunu, seçimin uğurlu olmadığını vurğulayıb. “Yəni indi Hürrəm oldumu? “Fırat”ı çəkəndə, mən də bəzi dəyişikliklər etmişdim, amma tamaşaçını axmaq yerinə qoymadım. Ayıbdır. Mavi bir göz gəldi qəhvə rəngi oldu. Olmadı dostlar. Kim nə deyir, desin, yeni Hürrəm ol-ma-dı..!!! Vahidə xanım necə qəbul etdi anlamadım. Nə isə. Gələcəkdə mənə haqq qazandıracaqsınız. Tarixə hörmət göstərdiyimiz üçün baxacağıq. Çünki mən tarixi deyiləndə, özümü itirirəm”, – deyə müğənni öz “Twitter” səhifəsində qeyd edib(anspress).