Qışın gəlişi hər kəsi tədirgin edir. Və onlar öz bünyələrinə uyğun olaraq buna qarşı hazırlıqlar etməyə başlayırlar. Biz insanlar da bu barədə olan hazırlıqlarımızı bütün yay boyu tədarük edərək keçiririk.
Amma təbii ki, özləri bunu edə bilməyənlər və bunu qayğıyla başqalarından gözləyənlər mütləq vardır. Bunlar kimsəsiz və qayğıya ehtiyacı olan körpələrdir. "Gens Elektrik" Şirkəti qalın geyimlər və müxtəlif oyuncaqlarla "Ümid Yeri" uşaq evini ziyarət edib onların sevincinin şahidi oldu.
Onlarla tədbirdə iştirak edən şən klounlar isə uşaqların bütün kədərlərini unutdurmaq üçün əllərindən gələni etdilər.