Kimya üzrə Nobel mükafatı laureatları məlum olub

Kimya üzrə Nobel mükafatı laureatları məlum olub
DÜNYA
18:14 07.10.2026
100
Kimya üzrə Nobel mükafatı laureatları məlum olub.

Henri B. Kagan və Kenso Soai sözügedən sahə üzrə 2026-cı ilin laureatları elan ediliblər.

Onlar bu mükafata asimmetrik üzvi sintezdə qeyri-xətti təsirlərin və avtokataliz hadisəsinin kəşfinə görə layiq görülüblər.

Yeni Nobelçilər haqqında qısa məlumat

Henri Boris Kagan 1930-cu ildə Fransada anadan olub. Paris-Sud Universitetinin fəxri professorudur. O, asimmetrik kataliz sahəsinin qabaqcıllarından biri hesab edilir və tədqiqatları əczaçılıq sənayesinə mühüm təsir göstərib. Kagan 1986-cı ildə asimmetrik katalizdə qeyri-xətti effektlərin ilk nümunələrini aşkar edib və bu prosesləri izah edən riyazi modellər hazırlayıb.

Kenso Soai isə 1950-ci ildə anadan olmuş yapon üzvi kimyaçıdır. Tokio Elm Universitetində fəaliyyət göstərib. O, asimmetrik və enantioselektiv sintez, asimmetrik avtokataliz və xirallığın mənşəyi üzrə tədqiqatları ilə tanınır. Alimin adını daşıyan Soai reaksiyası asimmetrik avtokatalizin ən məşhur nümunələrindən biridir.

Xatırladaq ki, Susumu Kitagava, Riçard Robson və Omar M. Yaqi kimya üzrə 2025-ci ilin laureatları elan edilib.
 
///APA
OXŞAR XƏBƏRLƏR