Şimali Kipr Türk Cümhuriyyətində azərbaycanlı tələbə qəzaya düşüb. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu mövsüm Doğu Akdeniz Universitetinə qəbul olunan 17 yaşlı Firudin Seyidov velosipedlə “Toyota” markalı yük maşınına çırpılıb. Hadisə yerinin yaxınlığında olan şəxslər təcili tibbi yardım maşınından əvvəl həmyerlimizi “Qazimağusa” xəstəxanasına aparıblar. Bədənində çoxlu yaralar və sınıqlar olan F.Seyidovun həm də əsəb sarsıntısı keçirdiyi məlum olub.