Kirkorov: "Allaya mənə etdiklərinə görə minnətdaram"

Kirkorov: "Allaya mənə etdiklərinə görə minnətdaram"
MAQAZİN
11:43 20.10.2025
128
 
Filipp Kirkorov uzun müddət sonra ilk dəfə keçmiş həyat yoldaşı Alla Puqaçova haqqında danışıb.

AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, 58 yaşlı Kirkorov keçmiş həyat yoldaşına qarşı heç bir pis niyyətinin olmadığını deyib.
 
O, Puqaçovanın Yekaterina Qordeeva ilə müsahibəsində onların evliliyini saxta adlandırmasına da münasibət bildirib:

"Niyə Alla belə bir şey deyib, biulmirəm. Nə deyim? O, mənim yaxın dostumdur. Onunla keçirdiyim 10 ili həyatımdan silə bilmərəm. Minnətdaram, mənə çox şey öyrətdi. Onunla bağlı heç bir şikayətim yoxdur. Mənim üçün bu evlilik həyatımın xoşbəxt dövrü idi və mənə verdiklərinə, mənim üçün etdiklərinə görə Allaya minnətdaram".

Xatırladaq ki, Alla Puqaçova və Filipp Kirkorov 1994-2005-ci illərdə evli olublar. 
 
Aysel
OXŞAR XƏBƏRLƏR