Qazaxda yaşayış evi yanaraq külə dönüb.
AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, baş verən yanğında bir nəfər ölüb.
Yanğın oktyabrın 24-də Qazax şəhərinin Səməd Vurğun küçəsində Bilal Əşrəfova məxsus evdə baş verib.
Nəticədə 85 kv. m sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb.
Yanıq xəsarəti alan B.Əşrəfov xəstəxanaya yerləşdirilib və oktyabrın 28-də orada ölüb.
Faktla bağlı araşdırma aparılır.