Noyabrın 17-də La Villa restoranında İnsan alverinə qarşı etiraz aksiyası çərçivəsində populyar kişi sənətçilərimiz “Biz insan maraqlı gecə alverinə yox deyirik!” fikrilə səslərini ucaldacaqlar. Bu haqda AZXEBER.COM-a "Təmiz dünya" Qadınlara yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib. Onun dediyinə görə, ətrafında baş verən haqsızlıqlara, insan əməyinin istismarına, cinsi istismara qarşı biganə qalmayanlar, cəmi 10 manat ödəməklə həm qurbanlara dəstək ola, həm də İlkin Həsənlinin aparıcılığı ilə keçəcək gecədə faydalı və xoş vaxt keçirə bilərlər.
Qeyd edək ki, Tədbir "Təmiz dünya" Qadınlara yardım İB - nin təşəbbüsü ilə həyata keçirilir.