Kişilər niyə xəyanət edir?

Kişilər niyə xəyanət edir?
Bütün Xəbərlər
13:33 16.05.2013
1513
Hindistanlı həkim Kamal Kxurana kişilərin nə üçün həyat yoldaşlarına xəyanət etməsinin səbəblərini araşdırıb.AZXEBER.COM-un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, o bu səbəblərdən ibarət reytinq də hazırlayıb. Onun fikrincə, bu qlobal problemin ən birinci səbəbi- nigahda olan problemlərdir.Əgər ər-arvad mübahisə edirlərsə və problem həll edilmirsə, avtomatik olaraq dağıtma mexanizmi işə düşür. Kişi özünü xoşbəxt hiss etmir və seçim qarşısında qalır: qaçmaq yoxsa, mübarizə aparmaq. Bu halda sevgili axtarışı baş verir ki, bu da məişət problemlərindən qaçmaq, ideal münasibət arzusunda olanların seçimidir.İkinci səbəb - yeknəsəklik və darıxmaqdır. Kişilər üçün həmişə yeni münasibətlər maraqlı olur.Üçüncü yerdə - seksual eksperimentlər gəlir. Bu səbəbə görə, xəyanət edən kişilər adətən bu təcrübələrini bir necə qadınla edirlər.Emosional aclıq - qadının işləri, ailə qayğıları, uşaqlarla həddindən artıq məşğul olması da kişilərin emosional aclıqla qarşılaşmasına yol aça bilər. Bu halda o özünü lazımlı hiss etmir və ona qiymət verə biləcək başqa qadın axtarışına çıxır.
OXŞAR XƏBƏRLƏR