Cancer Research UK təşkilatının mütəxəssisləri kişilərdə xərçəng xəstəliyinin əsas əlamətlərini açıqlayıblar.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, həkimlər hesab edirlər ki, sidik və nəcisdə qan izləri sidik kisəsi yaxud bağırsaq xərçənginin göstəricisi ola bilər.
Eyni zamanda döş formasının dəyişikliyi, döş giləsindən ifrazat döş xərçənginin əlaməti sayıla bilər.
Dayanmadan öskürən kişilərə də mütəxəssislər həkimə müraciət etməyi məsləhət görürlər. Çünki öskürək zamanı tüpürcəkdə qan izləri olarsa, bu, təhlükəli xəstəliyin göstəricisi sayıla bilər.
Həmçinin gözlənilmədən arıqlama, sidiyə gedərkən yaranan problemlər, eləcə də testikul formasının və ölçülərinin dəyişməsi müşahidə olunarkən dərhal həkimə müraciət etmək tövsiyə edilir.