Türkiyədə dəhşətli qətl hadisəsi törədilib.
AZXEBER.COM haberler-ə istinadla xəbər verir ki, Türkiyənin Hatay vilayətində yanmış avtomobilin baqaj hissəsindən kişi meyidi tapılıb.
32 yaşlı kişini avtomobilin baqaj hissəsinə qoyub, diri-diri yandırıblar. Hadisəni kimin və ya kimlərin törətdiyi məlum deyil.
Hadisə ilə bağlı cinayət işi açılıb. İlkin məlumata görə, 1 şübhəli saxlanılıb.
Qeyd edək ki, diri-diri yandırılan şəxsin adı Mehmet Kıssadır.