Kişini zorlayıb, videoya çəkən şəxslərə 70 il həbs cəzası verildi

Kişini zorlayıb, videoya çəkən şəxslərə 70 il həbs cəzası verildi
DÜNYA
15:32 06.03.2020
3883
Türkiyənin İncirliovanın Yazıdere məhəlləsində 2016-cı ildə baş verən hadisənin cəzası bəlli olub.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2016-cı ilin fevral ayında 2 kişi birləşərək 1 kişiyə təcavüz edib və həmin anları telefonla cəkiblər.
 
T.A ilə M.A, M.T-nın bağ evinə gedərək spirtli içki qəbul ediblər. Az sonra M.T ilə M.A, T.A-ya təcavüz edib və videoya çəkiblər. Onlar T.A-nı həmin video ilə şantaj edərək pul alıblar.
 
1 həftə sonra T.A buna dayana bilməyərək polisə müraciət edib. 2018-ci ilion may ayında keçirilən məhkəmə prosesində M.T ilə M.A-ya 28 il 9 ay müddətində həbs cəzası verilib.
 
Məhkəmədən bir müddət sonra M.T-nın həyat yoldaşı F.T polisə gedərək T.A-nın atası M.A ilə birləşib 10 yaşlı qızlarına təcavüz etdiklərini bildirib. Şikayətdən sonra M.T ilə F.T-nın böyük qızları polisə gedərək valideynlərinin yalan ifadə verdiklərini deyib.
 
Aparılan araşdırmalar sonrasında onların həqiqətən yalan ifadə verdikləri, qızlarına təcavüz planını özləri qurduğu məlum olub. M.T ilə F.T məhkəmə zamanı onlara şər atıldığı üçün qısas almaq istədiklərini bildiriblər. M.T ilə F.T birlikdə 70 il müddətində azadlıqdan məhrum edilib.
 
Mələk Cabbar
OXŞAR XƏBƏRLƏR