“Kişinyov görüşü anti-terror əməliyyatının həyata keçirilməsi üçün çox önəmlidir” - ŞƏRH

“Kişinyov görüşü anti-terror əməliyyatının həyata keçirilməsi üçün çox önəmlidir” - ŞƏRH
SİYASƏT
17:15 01.06.2023
510
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Moldovada görüş keçirəcək. Görüşdə Avropa İttifaqı Şurasının sədri Şarl Mişel, Almaniya kansleri Olaf Şolts, Fransa Prezidenti Emmanuel Makron da iştirak edəcək.  

Bəs, Avropa Siyasi Birliyinin ikinci sammiti çərçivəsində keçiriləcək görüşdən hansı nəticələr gözlənilir?

Bununla bağlı AZXEBER.COM-a danışan Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli görüşün önəmli olduğunu deyib: 

"Bu dəfəki görüş iki ölkə rəhbərlərinin açıqlamaları ilə ələmatdardır. Azərbaycan rəhbəri Kişinyov görüşü öncəsi verdiyi mesajlarda daha çox Qarabağdakı separatçılarla bağlı mövqeyini gündəmə daşıdı.

Kişinyov görüşünün mövzusu kommunikasiyalar, növbəti dəfə sülh müqaviləsinin şərtlərinə yönəlik mövqeylərin yaxınlaşması, bu zamana qədər əldə olunan dividendlərin birdaha təsdiqlənməsi olacaq. Ancaq görüşdə yekun nəticənin əldə olunması çox tezdir.

Ermənistanın qeyri-səmimi davranışı, yenə müxtəlif masalarda əyləşmə ehtirası və Azərbaycana yönəlik xüsusən də Qarabağ istiqamətində hələ də təhrik edici təxribata səbəb olacaq addımlarda fəaliyyət göstərməsi bu prosesə zərbə vuran hallardandır”.

Siyasi şərhçi hesab edir ki, Kişinyov görüşü Azərbaycanın Qarabağ separtçıları ilə bağlı anti-terror əməliyyatı həyata keçirməsi üçün çox önəmli mərhələdir: 

"Çünki Azərbaycan Prezidentinin fikirləri məhz bu görüşdən sonra qətiləşəcək. Erməni ictimaiəti ilə dialoq mənasında üçüncü görüş olmayacaq. Ölkə başçısı separtaçılara həm Azərbaycanın hakimiyyətini qəbul edəcəkləri halda amnistiya verə biləcəyi ilə bağlı, həm də "Miatsum” və digər məsələlər üzərindən ciddi xəbərdarlıq edib”.

Şəbnəm Zahir

OXŞAR XƏBƏRLƏR