Geniş beynəlxalq koalisiyaya daxil olan təxminən altı ölkə Ukraynaya hərbi yardım göstərməyi nəzərdən keçirərək, öz qoşunlarını onun ərazisinə göndərməyə hazır olduqlarını bildiriblər.
Bu barədə AZXEBER.COM "Report”-a istinadən xəbər verir.
Qeyd olunub ki, bu ölkələrə Böyük Britaniya, Fransa və bir sıra Baltikyanı ölkələr daxildir. Koalisiyaya daxil olan ölkələrin ümumi sayı 30-a yaxındır.
Agentlik vurğulayıb ki, ABŞ-nin Rusiya ilə bağlı planları və münaqişənin həllinin mümkün yolları barədə aydın anlayışının olmaması Avropa ölkələrinin üzləşdiyi ciddi problemdir.