KİV: İŞİD lideri ağır yaralanıb

KİV: İŞİD lideri ağır yaralanıb
Bütün Xəbərlər
19:00 21.04.2015
800
“Əl-Baqdadi zərbə altına düşüb”.
Mart ayında İŞİD lideri Abu-Bəkr Əl-Baqdadi ABŞ-ın başçılıq etdiyi koalisiyanın avia hücumları nəticəsində ağır yaralanıb. O, İraq ərazisində olub və zərbə altına düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə bu gün İngiltərənin “Guardian” qəzeti yazıb.
Nəşr əlavə təfərrüat və məlumatın hansı mənbədən alındığını açıqlamır.
Əvvəllər Əl-Baqdadi internetdə öz çıxışlarının audio yazılarını yerləşdirirdi. Lakin son həftələr bu cür materiallara rast gəlinmir.
OXŞAR XƏBƏRLƏR