KİV: Yaponiyanın neft tankeri İranın koordinasiyası ilə Hörmüz boğazından keçib

KİV: Yaponiyanın neft tankeri İranın koordinasiyası ilə Hörmüz boğazından keçib
DÜNYA
19:44 28.04.2026
249
Yaponiyaya məxsus neft tankeri İranın koordinasiyası ilə Hörmüz boğazından keçib.

Bu barədə "Tasnim” məlumat yayıb.

Məlumata görə, 2 milyon barel xam neft daşıyan Yaponiyanın "İdemitsu Maru” tankeri İranın koordinasiyası ilə Hörmüz boğazından keçib. Bildirilib ki, sözügedən tanker aprelin 17-də Səudiyyə Ərəbistanının Ras Tanura limanından yola düşüb.

Qeyd edək ki, "İdemitsu Maru” tankeri fevralın sonlarından etibarən Səudiyyə Ərəbistanının limanında yerləşib.
 
\apa

OXŞAR XƏBƏRLƏR