Kiyev-Bakı sərnişin qatarı ilə minik avtomobili toqquşdu

Kiyev-Bakı sərnişin qatarı ilə minik avtomobili toqquşdu
Bütün Xəbərlər
16:23 30.01.2012
1260

Dağıstan ərazisində Kiyev-Bakı sərnişin qatarı ilə "VAZ-2107" markalı minik avtomobili toqquşub.Trend-in bazar ertəsi RİA Novosti-yə istinadən verdiyi məlumata görə, nizamlanmayan dəmiryol keçidində baş verən toqquşma nəticəsində avtomobilin 3 sərnişini ölüb, bir sərnişini yaralanıb.İlkin məlumata görə, qəza minik avtomobilinin sürücüsünün günahı səbəbindən baş verib. Belə ki, sürücü nizamlanmayan dəmiryol keçidini sərnişin qatarının sürətini nəzərə almadan keçmək istəyib.

Qəza qatarların hərəkətini dayandırmayıb.

OXŞAR XƏBƏRLƏR