Ukrayna paytaxtı Kiyevdə vəziyyət gərgin olaraq qalır.
AZXEBER.COM Ukrayna mediasına istinadən xəbər verir ki, Rusiya ordusu Kiyevə yaxınlaşıb.
Ukrayna Baş Qərargah rəisi Valeriy Zalujnıy bildirib ki, 1 saat öncə Kiyev səmasında rus ordusunun 2 ədəd qırıcı təyyarəsi məhv edilib.
Hazırda Kiyev istiqamətində şiddətli döyüşlər gedir. Ruslar həm qurudan, həm də havadan hücuma cəhd göstərir.