Kiyevdə müxalifət hücum gözləyir

SİYASƏT
15:32 09.12.2013
954
Ukrayna hökuməti paytaxt Kiyevin mərkəzinə əlavə “Berkut” xüsusi təyinatlıları və daxili qoşun bölmələri yeridib.

APA-nın “Censor.net” saytına istinadən verdiyi məlumata görə, Ukrayna müxalifəti qərargah kimi istifadə etdiyi Həmkarlar Evinə, müxalifət tərəfdarlarının soyuqdan qorunmaq və qızınmaq üçün istifadə etdiyi Kiyev meriyasına və Müstəqillik Meydanına hücum gözləyir.

UDAR Partiyasının lideri Vitali Kliçko qadınları və uşaqları Müstəqillik Meydanını tərk etməyə çağırıb. “Batkivşina”nın lideri Arseni Yasenyuk isə müxalifətin meydanı müdafiə edəcəyini bildirib: “Mərkəzdəki bütün metro stansiyaları mühasirəyə alınıb. Daxili qoşunlar və “Berkut” bura gəlir. Biz meydanımızı müdafiə edəcəyik”.

A. Ysenyuk jurnalistləri hüquq-mühafizə orqanlarının hücumundan qorunmaq üçün müxalifətin qərargah kimi istifadə etdiyi Həmkarlar Evini tərk etməyə, lakin hadisələri işıqlandırmağa davam etməyə səsləyib. Kiyev Dövlət Şəhər Administrasiyasındakı (meriya) müxalifətçilər də kənar şəxsləri dərhal binadan çıxmağa çağırıblar.

Müstəqillik meydanının komendantı, müxalifətçi deputat Andrey Parubiy müxalifət tərəfdarlarına bütün perimetr üzrə düzlənməyi və müdafiəyə hazırlaşmağı əmr edib.

OXŞAR XƏBƏRLƏR