Kiyevə hücumda azərbaycanlı həlak oldu

Kiyevə hücumda azərbaycanlı həlak oldu
SOSİAL
18:00 30.09.2026
162
Ukraynanın paytaxtı Kiyevdə dron hücumu zamanı daha bir azərbaycanlı həlak olub.

AZXEBER.COM Cenublu.az-a istinadən xəbər verir ki, vəfat edən şəxs Lənkəran rayonunun Gərmətük qəsəbəsindən olan Aşur Əkbərovdur.

1951-ci ilin oktyabrında anadan olan Əkbərov Aşur Bəhlul oğlu 30 ildən artıqdır Kiyevdə yaşayıb və Ukrayna vətəndaşı olub.

Məlumata görə, o, səhər saatlarında şəxsi avtomobili ilə işə gedərkən dron hücumuna məruz qalıb və hadisə yerində həyatını itirib.

A.Əkbərovun oktyabrın 13-ü 75 yaşı tamam olacaqdı. Hazırda onun nəşinin Azərbaycana gətirilməsi üçün sənədləşmə işləri aparılır.
OXŞAR XƏBƏRLƏR