Klinikada iynə vurulan qadın öldü

Klinikada iynə vurulan qadın öldü
SOSİAL
11:28 26.11.2025
149
Sumqayıtda 72 yaşlı qadın iynənin təsirindən ölüb.

Hadisə noyabrın 25-də Sumqayıtın 45-ci məhəlləsinin ərazisində yerləşən 3 saylı ailə sağlamlıq klinikasında baş verib.

Şəhər sakini 1953-cü il təvəllüdlü Nigar Babaxanova orada ona vurulan iynənin təsirindən ölüb.

Faktla bağlı araşdırma aparılır.
 
///apa
OXŞAR XƏBƏRLƏR