Klinikaya cinayət işi açıldı : həkimlər 42 min ödəyəcək

Klinikaya cinayət işi açıldı : həkimlər 42 min ödəyəcək
SAĞLAMLIQ
01:55 02.08.2015
2688
“Məhkəmə prosesi ədalətli keçdi. Hakimlər müstəqil qaydada qərar verə bildi. İkinci və əsas məsələ isə ondan ibarətdir ki, Azərbaycanda mənəvi zərərə görə ödənilən məbləğlər indiyə qədər çox simvolik səciyyə daşıyırdı. Bu dəfə məhkəmə prosesinin tələb etdiyi təzminat ölkə reallığı üçün yüksək sayıla biləcək qədərdir. Təbii ki, bu, Avropa məhkəmə sisteminə uyğun və bizim istədiyimiz məbləğ deyil, amma ölkəmiz üçün ilk presedentdir”. 
Bu sözləri Axar.az-a həkim terroru nəticəsində dünyasını dəyişən tənqidçi, Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızının (Niftəliyevanın) ölümü ilə bağlı hakim İkram Şirinovun sədrliyi ilə Bakı Apellyasiya Məhkəməsinin verdiyi qərarı şərh edən hüquq elmləri doktoru Fərhad Mehdiyev deyib. 
Prosesdə zərərçəkənin nümayəndəsi kimi çıxış edən F.Mehdiyevin sözlərinə görə, iddiaçı tərəf olaraq onların tələbləri əslində cəmiyyət üçündür və Azərbaycan cəmiyyətinə mesajdır: “Bu prosesdə hakim İkram Şirinovun sədrliyi ilə məhkəmə heyəti bizim 2 ilə yaxındır davasını apardığımız sosial mesajı cəmiyyətə ötürməklə, bir ilkə imza atdı. Ölüm işində əli olan bütün həkimlər maddi məsuliyyətə cəlb olundu. Həmçinin, əməliyyatı həyata keçirən “Medi Sina” klinikası da məsuliyyətə cəlb olundu, klinikaya cinayət içi açıldı, əmlakına həbs qoyuldu. Klinikaya cinayət işinin qaldırılması cəmiyyətə ünvanlanan böyük bir sosial mesajdır. Artıq digər klinikalarda bu tip əməliyyatların aparılmasında, müalicə işində bu qərarın ciddi təsirinin olacağına əminəm. Bundan sonra klinikalar da, həkimlər də öz məsuliyyətlərini dərk edəcəklər ki, səhlənkarlıq edərlərsə və bunun nəticəsində insan ölümü baş verərsə, həm cinayət, həm də maddi məsuliyyət daşıyacaqlar. Xəstəxanalar da məhkəmənin gəldiyi nəticədən sonra seçdikləri həkimlərdə, onların apardığı əməliyyatlarda daha diqqətli olacaqlar”. Hüquqşünas alim bildirib ki, növbəti mərhələdə məbləğin daha da artırılmasına çalışacaqlar: “Məhkəmədən gözləntilərimiz, məhkəmənin həkim səhlənkarlığına qarşı qəti mövqe göstərməsi ilə bağlı umduqlarımız qismən həyata keçdi. Bu qərarla İkram Şirinovun sədrlik etdiyi məhkəmə heyəti həkim səhlənkarlığı nəticəsində ölüm hallarının qarşısının alınması istiqamətində uğurlu bir addım atmış oldu. Bu qərarın ictimailəşməsi vacibdir və inanın ki, məhkəmə heyətinin mövqeyi neçə-neçə çocuğun yetim qalmasının, gənc insanların ölümlərinin qarşısının alınmasında əhəmiyyətli dərəcədə rol oynayacaq. Düzdür, ödənilən kompensasiya məbləğləri dünya praktikası ilə müqayisədə həddən artıq azdır. Amma bu, məsələnin ayrı tərəfidir və biz bundan sonra hüquqi müstəvidə aparacağımız davada bu məbləği artırmaqla, cəmiyyətə, xüsusən səhiyyə sistemində çalışan və öz nəfsinin qulu olan bəzi həkimlərə mesajlarımızı davam etdirəcəyik. O cür həkimlər bilməlidirlər ki, heç bir səbəb olmadan, yalnız para qazanmaq üçün insanı əməliyyata götürmək və onun ölümünə bais olmaqla nəinki cinayət məsuliyyəti, həm də ciddi maddi məsuliyyət daşıyırlar və bu maddi məsuliyyət onların bütün əmlakının əllərindən çıxmasına səbəb ola bilər. Vicdanı olmayan, ancaq maddiyyatı düşünən bəzi həkimlərə bu mesaj mütləq çatdırılmalıdır. Ona görə də Azərbaycan məhkəmə sistemində yaranan bu müsbət presedenti davam etdirəcəyik”.
Xatırladaq ki, ötən gün, iyulun 31-də həkim terroru nəticəsində dünyasını dəyişən tənqidçi, Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızının ölümü ilə əlaqədar açılmış maddi və mənəvi təzminat davası Bakı Apelyasiya Məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə davam etdirilib. Məhkəmə E.Tofiqqızının əməliyyatının həyata keçirildiyi “Medi Sina” klinikasının mənəvi zərər olaraq 20 min manat, həkimlərdən Firuz İbrahimovun 10 min manat, Mahir Məmmədov və Fərəcullah İdrisovun isə hər birinin 6 min manat təzminat ödəməsi barədə qərar verib. Məhkəmə həmçinin klinika barədə araşdırma aparılması üçün xüsusi qərar çıxararaq, Baş Prokurorluğa göndərib. 
“Medi Sina” klinikasının müvafiq əməkdaşlarının, məsul şəxslərinin əməllərində cinayət tərkibinin olub-olmamasını yoxlamaq üçün xüsusi qərar çıxararaq cinayət işinin başlaması məqsədilə sənədlər Baş Prokurorluğa göndərilib. Məhkəmə həmçinin “Medi Sina” klinikasının bütün əmlakına həbs qoyub. - See more at: https://axar.az/news/59995#ad-image-0
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
14:17 16.09.2025
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
14:13 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
14:12 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
13:41 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
13:38 16.09.2025
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
13:36 16.09.2025
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
Sentyabrın 21-də Günəş tutulması olacaq
13:30 16.09.2025
Sentyabrın 21-də Günəş tutulması olacaq
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
13:20 16.09.2025
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
13:07 16.09.2025
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
12:52 16.09.2025
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
12:48 16.09.2025
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
12:45 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"