Klinton Fransanın addımını dəyərləndirdi

Klinton Fransanın addımını dəyərləndirdi
Bütün Xəbərlər
10:05 01.03.2012
1295

"İfadəni cinayət saymağın təhlükəli bir yol açacağını düşünürəm"

AZXEBER.COM-un TRT-yə istinadən verdiyi xəbərə görə, ABŞ dövlət katibi Hillari Klinton Fransa Konstitusiya Məhkəməsinin 1915-ci il hadisələriylə bağlı erməni iddialarının inkarının cəzalandırılmasını nəzərdə tutan qanunu rədd etməsinə münasibət bildirib.

Klinton Nümayəndələr Palatasındakı çıxışında daha əvvəl dediyi sözləri təkrarlayaraq "İfadəni cinayət saymağın təhlükəli bir yolu açacağını düşünürəm" deyib.

Dövlət katibi Fransa məhkəməsinin də qanunu rədd etməklə bunu təsdiqlədiyini bildirib.

OXŞAR XƏBƏRLƏR