Könül Kərimova Natavana duet təklifi edib

Könül Kərimova Natavana duet təklifi edib
MAQAZİN
12:57 03.10.2025
195
"Natavan Həbibi haqqında nə desəm, azdır. Ondan səhərə qədər danışa bilərəm".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova müğənni həmkarı Natavan Həbibidən danışarkən deyib.
 
Sənətçi onunla duet oxumaq istəyindən danışıb:
 
 
"Natavan Həbibi haqında nə desəm, azdır. Ondan səhərə qədər danışa bilərəm. Bir duet layihəmiz olacaq. Mahnını da bacımoğlu yazıb. Mənim səhhətimə görə layihəmiz bir az gecikir. Bir ildir çalışıram ki, istədiyim çəkiyə düşüm, sonra. Mütləq ki, bu iş böyük peşəkarlıqla həyata keçiriləcək. Klipi də çəkiləcək. İlk olaraq mən addım atmışam, duet oxumağı Natavana mən təklif etmişəm. İndidən özümə də maraqlıdıdır ki, necə alınacaq".
 
Xatırladaq ki, daha öncə Natavan Həbibi də bu layihə haqda danışaraq "Könül Kərimovanın məndən istəyi mənim boynumun borcudur" deyə bildirmişdi.

Aysel

 

OXŞAR XƏBƏRLƏR