ATV-də yayımlanan "ATV maqazin" verilişinə açıqlamasında müğənni Könül Kərimova yayılan xəbərlərin səhv olduğunu dedi. Könül Kərimova dərisinin yanaraq ləkələnməsi barədə şayiələri təkzib elədi."Mən çox incidim bu cür mənasız şayiələrin yayılmasından. Yayda dənizdə günəşlənərkən ehtiyatsızlığımdan dərimə ləkələr düşmüşdü. Bu da öz günahım idi. Dərimin korlanmasını eşidəndə bir anlıq şok yaşadım.