Könül Vəlibəyli dəfn edildi

Könül Vəlibəyli dəfn edildi
SOSİAL
18:23 22.11.2025
210
Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli dəfn edilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə şair Nazilə Səfərli sosial media hesabında paylaşım edib.

"Özü kirayədə qalıb, amma yaşlı üç qadını himayəsinə götürmüşdü. İyirmi beş yaşlı qızı hələ də ağır vəziyyətdə reanimasiyada həyat uğrunda mübarizə aparır. Allahın rəhmi gəlsin", - o qeyd edib.

Qeyd edək ki, hadisə nəticəsində üç nəfər həyatını itirib. 27 nəfər isə zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
OXŞAR XƏBƏRLƏR