Könül Xasıyeva və İlqar Muradov da YAP-çı oldu

MAQAZİN
19:36 07.05.2012
2157
Azərbaycan Respublikasının Əməkdar artistləri Könül Xasıyeva və İlqar Muradov Yeni Azərbaycan Partiyasına üzv qəbul olunub. AZXEBER.COM YAP-ın rəsmi saytına istinadən xəbər verir ki, bu gün YAP sədrinin müavini-İcra katibi Əli Əhmədov partiyanın mənzil-qərargahında Azərbaycanın əməkdar artistlərinə üzvlük vəsiqələrini təqdim edib. Bu münasibətlə sənət adamlarını təbrik edən Əli Əhmədov bildirib ki, partiya vəsiqələrinin təqdim olunması əlamətdar gün ərəfəsində baş verir. Əli Əhmədov YAP-ın yaradıcısı Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə ölkəmizin bütün guşələrində müxtəlif tədbirlərin keçirildiyini qeyd edib.

OXŞAR XƏBƏRLƏR