Könüllülər cənub regionunda vətəndaşları maarifləndirməyə davam edirlər - FOTOLAR

Könüllülər cənub regionunda vətəndaşları maarifləndirməyə davam edirlər - FOTOLAR
GƏNCLİK
16:31 21.05.2020
3026
Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin başladığı "Bir-birimizi qoruyaq!” aksiyası çərçivəsində könüllülər Lənkəran, Cəlilabad və Masallı  rayonlarının mərkəzi küçələrində, parklarda, ictimai iaşə obyektlərində, bank və poçt şöbələrində, xəstəxanalarda, ictimai nəqliyyatda, ATM-lərin qarşısında və digər yerlərdə karantin rejiminin yumşaldılması şəraitində davranış qaydalarına dair ictimai maarifləndirmə işini davam etdirirlər.

AZXEBER.COM xəbər verir ki, yüzlərlə könüllünün iştirakı ilə gün ərzində davam edən təşviqat aksiyası zamanı insanların kütləvi toplaşmaması, sosial məsafənin saxlanılması, qoruyucu maskalardan istifadə edilməsi, dezinfeksiya və ictimai nəzarət tədbirləri həyata keçirilir.

Könüllülər ara məsafəsinin gözlənilməsi məqsədilə  bankomatların qarşısında dairələr çəkərək, vətəndaşları öz növbələrini həmin dairələrin üzərində gözləməyə dəvət edir, bankomatlardan və ödəmə terminallarından istifadə edən müştərilərin əllərini, həmçinin, bankomat və ödəmə terminallarını dezinfeksiya edirlər.

Bununla yanaşı, kampaniya çərçivəsində gənclər küçədə qoruyucu vasitələrsiz gəzən şəxsləri tibbi maska və əlcəklərlə təmin edir, tibbi maskadan istifadə edənlərə isə təşəkkür məqsədilə kiçik hədiyyə təqdim edirlər.

Həmçinin, zəruri olduğu halda, koronavirusa yoluxmanın qarşısını almaq üçün Nazirlər Kabineti yanında operativ qərargahın və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyə etdiyi qaydalar barədə ətraflı məlumat verilir. Könüllülərin vətəndaşların sağlamlığının qorunmasına xidmət edən fəaliyyətləri növbəti günlərdə də aktiv şəkildə davam edəcək.

"Bir-birimizi qoruyaq!” aksiyası dünəndən etibarən ölkəmizin əksər şəhər və rayonlarında fəal şəkildə davam etdirilir. 

Qeyd edək ki, yeni növ koronavirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə 27 mart 2020-ci ildə formalaşan və fəaliyyətində "ASAN Könüllüləri” Təşkilatı, "Regional İnkişaf” İctimai Birliyi, "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, "Könüllü DOST” Proqramı, "Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, "Nəqliyyat Könüllüləri” Proqramı, "Formula 1 Azərbaycan Qran Prisi” Könüllülük Proqramı, "Miqrasiya Könüllüsü” İctimai Birliyi, "Könüllü gömrükçü” Dəstəsi, "Turizm Könüllüləri” Təşkilatı, "Diplomatiya Könüllüləri” Qrupu, "Ekokönüllüləri” Qrupu, "AFFA və Avro-2020” Könüllülər Proqramı və "Gənc Könüllülər” Hərəkatı və digər təşkilat və hərəkatların iştirak etdiyi mərkəzin işinin əlaqələndirilməsi Gənclər Fondu tərəfindən həyata keçirilir.

Öz fəaliyyətində Azərbaycan Prezidentinin "Biz birlikdə güclüyük!” şüarını rəhbər tutan AKƏM tərəfindən respublikanın demək olar ki, bütün şəhər və rayonlarında könüllülər səfərbər olunub, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsi həyata keçirilib. 

AKƏM-in təşkilatçılığı ilə keçirilən "Böyüklərimizi qoruyaq!”, "Könüllü qonşu”, "Könüllü donor” aksiyalarında minlərlə könüllü iştirak edib.

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
23:57 15.07.2025
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
23:49 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
23:37 15.07.2025
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb