Könüllülərimiz zəlzələ bölgəsində fəaliyyətini davam etdirir - FOTO

GƏNCLİK
12:04 17.02.2023
2961
Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş dağıdıcı zəlzələnin ilk saatlarından Azərbaycan dövləti və xalqı qardaş ölkənin yanında olaraq təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına dəstək nümayiş etdirir. Ötən həftədən etibarən Azərbaycan gəncləri də təbii fəlakətin baş verdiyi ərazilərə yollanaraq, zərərçəkənlərə müxtəlif xidmətlərin göstərilməsi məqsədilə könüllü şəkildə qardaşlıq borcunu yerinə yetirirlər.

Azərbaycan Gənclər Fondundan AZXEBER.COM-a bildirilib ki, ötən gün ərzində könüllülərimiz ənənəvi olaraq müxtəlif məntəqələrdə qida, geyim, dərman və digər yardımların boşaldılması, çeşidlənməsi və paylanmasını həyata keçiriblər. Eyni zamanda, azərbaycanlı gənclər zərərçəkmiş şəxslərə səyyar şəkildə isti içkilər təqdim edib, müxtəlif məhəllələrdə səyyar yardım paylanılmasında, eləcədə iki kəndə səyyar yardım daşınmasında fəal iştirak ediblər.

Bununla yanaşı, zəlzələdən zərər çəkmiş uşaqların asudə vaxtının səmərəli təşkili məqsəd ilə uşaqlar üçün nəzərdə tutulmuş iki çadırda könüllülərimiz xidmət göstərib. Əlavə olaraq, Kahramanmaraşın Sütçü İmam Universitetinin ərazisində yaradılmış çadır şəhərcikdə də yerli əhaliyə çay paylanılıb və iki çadırdan ibarət uşaq bağçası qurularaq istifadəyə verilib.

Qeyd edək ki, Ədalət və İnkişaf Partiyasının (AK Parti) Kayseri millət vəkili İsmail Emrah Karayelin başçılıq etdiyi nümayəndə heyəti könüllülərimizin Kahramanmaraşdakı düşərgəsinə baş çəkib, Azərbaycan könüllülərinə təşəkkürünü bildirib.
 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq

20:24 06.02.2025

Google işçi qəbulunda inklüzivlikdən imtina edəcək

20:17 06.02.2025

Elnur oğlunun ad gününü qeyd edəcək

20:10 06.02.2025

Finlandiyada rusiyalılara daşınmaz əmlak əməliyyatlarının aparılması qadağan edilə bilər

19:54 06.02.2025

“Azxeber Media” ilə “Manqıstau media” arasında memorandum imzalandı- FOTOLAR

19:49 06.02.2025

Polşa hərbçilərinin sayını 230 minə çatdırmağı planlaşdırır

19:35 06.02.2025

ABŞ 104 Hindistan vətəndaşını deportasiya edib