Könüllülük sərhəd tanımır - FOTOLAR

Könüllülük sərhəd tanımır - FOTOLAR
GƏNCLİK
12:44 19.06.2020
2455
Azərbaycan könüllüləri tərəfindən vətəndaşların maarifləndirilməsi aksiyaları həyata keçirilməkdə davam edir.

AZXEBER.COM xəbər verir ki, respublikamızda koronavirusla mübarizə çərçivəsində karantin rejiminin nisbətən yumşaldılması fonunda vətəndaşlar çox vaxt zərurət olmadan kütləvi şəkildə iri ticarət mərkəzlərinə, istirahət üçün kafe və restoranlara, parklara və mərkəzi küçələrə üz tuturlar. Könüllülər tərəfindən keçirilən aksiyaların məqsədi vətəndaşları sosial məsuliyyət nümayiş etdirməyə dəvət etmək üçün maarifləndirmə işlərinin daha da genişləndirilməsi, bu istiqamətdə görülən işlərə könüllü dəstəyi göstərərək yoluxma sayının minimuma endirilməsindən ibarətdir.

Könüllülər bəhs olunan yerlərdə, xüsusilə də qapalı məkanlarda insanlar arasında şifahi şəkildə maarifləndirmə aparır və bukletlər paylayaraq sosial məsafənin qorunması, maskadan istifadənin önəmi barədə məlumat verirlər. Onlar vətəndaşları sadə preventiv qaydalara əməl etməklə özlərinin və sevdiklərinin sağlamlığını qorumağa çağırırlar.

Maraqlıdır ki, bu dəfəki aksiyalara könüllü olaraq qoşulanlar arasında fiziki məhdudiyyətli gənclər də vardır. Onlar bu mürəkkəb dönəmdə öz vətəndaş məsuliyyətini və həmrəyliklərini digər könüllülərlə birlikdə nümayiş etdirməyi vacib hesab ediblər.

Ötən ayın ortalarında başladılmış "Bir-birimizi qoruyaq!” kampaniyası çərçivəsində respublikada minlərlə könüllü müxtəlif istiqamətlər üzrə səfərbər olaraq vətəndaşlarımızın sağlamlığı naminə fəaliyyət göstərir.

Yeni növ koronavirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə 27 mart 2020-ci il tarixində formalaşan və fəaliyyətində "ASAN Könüllüləri” Təşkilatı, "Regional İnkişaf” İctimai Birliyi, "Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, "Könüllü DOST” Proqramı, "Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, "Nəqliyyat Könüllüləri” Proqramı, "Formula 1 Azərbaycan Qran Prisi” Könüllülük Proqramı, "Miqrasiya Könüllüsü” İctimai Birliyi, "Könüllü gömrükçü” Dəstəsi, "Turizm Könüllüləri” Təşkilatı, "Ekokönüllüləri” Qrupu, "AFFA və Avro-2020” Könüllülər Proqramı, "Gənc Könüllülər” Hərəkatı və digər təşkilat və hərəkatların iştirak etdiyi Mərkəzin işinin əlaqələndirilməsi Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən həyata keçirilir.

Öz fəaliyyətində Azərbaycan Respublikası Prezidentinin "Biz birlikdə güclüyük!” şüarını rəhbər tutan AKƏM tərəfindən respublikanın demək olar ki, bütün şəhər və rayonlarında könüllülər səfərbər olunub, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsi həyata keçirilib. Bugünədək AKƏM-in təşkilatçılığı ilə keçirilən "Böyüklərimizi qoruyaq!”, "Könüllü qonşu”, "Könüllü donor” aksiyalarında minlərlə könüllü iştirak edib.
 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Leyla Əliyeva şəhid anaları ilə iftar süfrəsində - Fotolar
23:24 06.03.2026
Leyla Əliyeva şəhid anaları ilə iftar süfrəsində - Fotolar
Bu kolleclərə yeni direktor müavinləri təyin edildi
23:13 06.03.2026
Bu kolleclərə yeni direktor müavinləri təyin edildi
Masallıda tüfənglə insident törədən şəxs saxlanıldı
23:02 06.03.2026
Masallıda tüfənglə insident törədən şəxs saxlanıldı
BMT baş katibinin sözçüsü: İranın Azərbaycana hücumundan narahatıq
23:00 06.03.2026
BMT baş katibinin sözçüsü: İranın Azərbaycana hücumundan narahatıq
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
22:58 06.03.2026
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
Azərbaycanın builki "Avroviziya" təmsilçisi açıqlandı
22:44 06.03.2026
Azərbaycanın builki "Avroviziya" təmsilçisi açıqlandı
Polşa İranın Azərbaycana PUA hücumunu qətiyyətlə pisləyib
22:39 06.03.2026
Polşa İranın Azərbaycana PUA hücumunu qətiyyətlə pisləyib
Axşam saatlarında İrandan Azərbaycana 210 nəfərin təxliyəsi həyata keçirilib - FOTOLAR
22:29 06.03.2026
Axşam saatlarında İrandan Azərbaycana 210 nəfərin təxliyəsi həyata keçirilib - FOTOLAR
Prezident göstərdiyi həmrəyliyə görə ona minnətdarlığını bildirdi
22:16 06.03.2026
Prezident göstərdiyi həmrəyliyə görə ona minnətdarlığını bildirdi
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç İlham Əliyevə məktub ünvanlayıb
22:14 06.03.2026
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç İlham Əliyevə məktub ünvanlayıb
SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO
22:00 06.03.2026
SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO
MEDİA-dan İranla bağlı saxta məlumat yayanlara - Xəbərdarlıq
21:48 06.03.2026
MEDİA-dan İranla bağlı saxta məlumat yayanlara - Xəbərdarlıq
Naxçıvan Ali Məhkəməsinin hakimi vəfat etdi
21:46 06.03.2026
Naxçıvan Ali Məhkəməsinin hakimi vəfat etdi
ABŞ İranın Azərbaycana dron hücumlarını qətiyyətlə pisləyir - Səfirlik
21:34 06.03.2026
ABŞ İranın Azərbaycana dron hücumlarını qətiyyətlə pisləyir - Səfirlik
Bayram və istirahət günlərinin hava proqnozu açıqlandı
21:24 06.03.2026
Bayram və istirahət günlərinin hava proqnozu açıqlandı
Andrey Babiş Naxçıvana dron hücumu ilə bağlı Prezidentə məktub göndərdi
21:19 06.03.2026
Andrey Babiş Naxçıvana dron hücumu ilə bağlı Prezidentə məktub göndərdi