Koalisiya təyyarəsi qəzaya uğradı

Bütün Xəbərlər
19:15 22.03.2011
1640

AZXEBER.COM-un “Amerikanın Səsi”nə istinadən verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlar (ABŞ) hərbi qüvvələrinə məxsus qırıcı təyyarə qəzaya uğrayıb. ABŞ Afrika Komandanlığının sözçüsü Vins Krouli təyyarənin vurularaq deyil, texniki səbəbdən qəzaya uğradığını deyib. 

Sözçü iki nəfərlik heyət üzvlərindən birinin tapıldığını, digərinin axtarışının davam etdirildiyini bildirib.

Qeyd edək ki, koalisiya qüvvələri dünən üçüncü gecə idi ki, Liviyaya hücum edirdi. ABŞ generalı Karter Həm dünən BMT-nin qərarı ilə Liviya üzərində qeyri-uçuş zonasının genişləndiriləciyini bildirib. O, əlavə edib ki, qaqrşıdan gələn günlərdə bombardmanların azalacağını güman edir. Hələ ki, üsyançılar hava kampaniyasından öz xeyirlərinə istifadə edə biməyiblər. Dağınıq qiyamçı qüvvələrin dünən Əcdəbiyyə şəhərini gery qaytarmaq cəhdinin qarşısı Qəzzafiyə sadiq qüvvələr tərəfindən alınıb.

 

OXŞAR XƏBƏRLƏR