Kolleclərə qəbul üçün ayrılan yerlərinin sayı açıqlandı

Kolleclərə qəbul üçün ayrılan yerlərinin sayı açıqlandı
Bütün Xəbərlər
19:30 22.05.2014
891
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014-2015-ci tədris ili üzrə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planını açıqlayıb.
ANS PRESS-in Komissiyanın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu il tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul üçün 6319 plan yeri ayrılıb.
9 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə ayrılan plan yerlərinin sayı isə 9601-dir.
Qeyd edək ki, 11 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ali və orta ixtisas məktəblərinə qəbul üçün keçirilən imtahanın nəticələri əsasında aparılır.
Ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu bu ildən başlayaraq yeni qaydada keçiriləcək. Bu il cari ilin məzunlarının orta ixtisas təhsili müəssisələrinə qəbulu buraxılış imtahanlarının nəticələri əsasında aparılacaq. 9 illik təhsil bazasından kolleclərə qəbul olmaq istəyən əvvəlki illərin məzunları isə imtahan verəcəklər. Həmin imtahan iyunun 29-da keçiriləcək.
OXŞAR XƏBƏRLƏR