Kolleclərə yeni direktor müavinləri təyin olundu

Kolleclərə yeni direktor müavinləri təyin olundu
SOSİAL
09:55 12.12.2025
241
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Əhəd Məmmədov Ağcabədi Pedaqoji Kollecinin, İsmayıl Məmmədov isə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.

AZXEBER.COM xəbər verir ki, Əhəd Məmmədov Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında "İngilis dili müəllimliyi” ixtisası üzrə bakalavr təhsili almışdır, magistratura səviyyəsi üzrə təhsilini isə hazırda ADA Universitetində "Təlim və tədrisin təşkili və metodikası” ixtisası üzrə davam etdirir.

Ə.Məmmədov əmək fəaliyyətinə 2017-ci ildə Bərdə rayon İ.Hümbətov adına Soğanverdilər kənd tam orta məktəbində ingilis dili müəllimi kimi başlamışdır, həmçinin Ağdam rayon 93 saylı köçkün tam orta məktəb və Tərtər şəhər Əsəd Məmmədov adına 1 saylı tam orta məktəbdə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. O, Beynəlxalq Qızıl Xaç Komitəsinin İqtisadi Təhlükəsizlik Proqramında, İndiana Universitetinin Qlobal köçkünlük kontekstində müəllimləri dəstəkləyən layihəsində və müxtəlif illərdə İsveçrə və İordaniyada keçirilən təlimlərdə iştirak etmişdir.

İsmayıl Məmmədov bakalavr təhsilini Bakı Dövlət Universitetində "Regionşünaslıq” ixtisası üzrə, magistratura təhsilini isə Azərbaycan Dövlət İqtisad Universitetində "Biznesin təşkili və idarə edilməsi (Maliyyə)” ixtisası üzrə almışdır. Müxtəlif illərdə bir neçə özəl şirkətdə və Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun Kadrlar şöbəsinin müdiri vəzifəsində çalışmışdır. O, son təyinatadək Azərbaycan Dövlət İqtisad Universitetində Karyera planlaşdırılması və inkişafı kafedrasında müəllim kimi fəaliyyət göstərib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
00:42 19.09.2026
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
00:38 19.09.2026
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
00:27 19.09.2026
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
00:21 19.09.2026
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
Bürclər bu günə nə deyir?
00:07 19.09.2026
Bürclər bu günə nə deyir?
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
23:49 18.09.2026
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
23:38 18.09.2026
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Qərarsız olan dörd bürc
23:29 18.09.2026
Qərarsız olan dörd bürc
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
23:12 18.09.2026
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
23:04 18.09.2026
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
Yardımlıda açıq ərazidə yanğın olub - Video
22:53 18.09.2026
Yardımlıda açıq ərazidə yanğın olub - Video
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
22:37 18.09.2026
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
22:16 18.09.2026
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
"Qarabağ" "Şəfa"nı məğlub etdi
22:09 18.09.2026
"Qarabağ" "Şəfa"nı məğlub etdi
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
21:53 18.09.2026
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
21:48 18.09.2026
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı