Komitə sədri: Azərbaycan yerləşdiyi region ölkələri sırasında bütün parametrlər üzrə önə çıxmağı bacardı

Komitə sədri: Azərbaycan yerləşdiyi region ölkələri sırasında bütün parametrlər üzrə önə çıxmağı bacardı
SİYASƏT
22:33 12.03.2025
564
Azərbaycan yerləşdiyi region ölkələri sırasında bütün parametrlər üzrə önə çıxmağı bacardı və ən əsası biz ərazilərimizi minalardan təmizləyirik, o torpaqları dövriyyəyə qaytarırıq.

Bu sözləri Nyu-Yorkda səfərdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-də Qadınların Statusu Komissiyasının 69-cu sessiyası çərçivəsində Türkiyə tərəfindən təşkil olunmuş "Rəqəmsal trendlər: qadın sahibkarlığının gələcək iqtisadiyyatı formalaşdırılmasında rolu” adlı yan tədbirdə çıxışı zamanı deyib.

Komitə sədri Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında aparılan işlər barədə qonaqları məlumatlandırıb və qeyd edib ki, bu sahədə Azərbaycanın təcrübəsi unikaldır və öyrənilməsi vacibdir: "Bu ərazilər həm bizim istifadəmizdən çıxmışdı, həm də orada yaşayan əhali doğma yerlərindən kənarda məskunlaşmışdı. Bu prosesdə onların yeni həyata qatılması və uğur qazanması çətin idi. Azərbaycan hökuməti də daha çox bu şəxslərin dövlətin imkanları hesabına yaşayışını təmin etdi”, - komitə sədri əlavə edib.

B.Muradova qeyd edib ki, oraya qayıdan insanların, xüsusilə qadınların yeni yaradılmış standartlar səviyyəsində yaşayış vərdişlərini və bacarıqlarını əldə etmələri üçün təlimlər keçirilir. Onun sözlərinə görə, Azərbaycan hökuməti bu ərazidə də daha çox ailə bizneslərinin, xüsusilə qadınların rəhbərlik etdiyi bizneslərin yaradılmasına üstünlük verir.

"Ölkəmizdə məşğul əhalinin 48 faizini, sahibkarların isə 23 faizini qadınlar təşkil edir. Biz komitə olaraq bütün digər qurumlarla, qadınların biznes bacarıqlarının artırılması və kiçik və orta biznes subyektləri yaratması üçün layihələr reallaşdırmışıq. Regionlarımızdakı mərkəzlər vasitəsilə qadınlarımız həm bacarıqlar əldə edir, biznes layihələr hazırlayır, maliyyə mənbələrini əldə etməsi üçün dəstək alır, həm də onları təqdim etmək, bazarlara çıxarmaq, satış imkanları əldə etmək üçün dövlətin və müvafiq qurumların dəstəyini alır”,- deyə Komitə sədri əlavə edib.

B.Muradova vurğulayıb ki, getdikcə həm torpaq sahibkarlarının, həm də biznes subyektlərinin sırasında qadınların sayı artmaqdadır. O bildirib ki, dövlət məsələnin bu istiqamətinə ciddi diqqət yetirir və bu sahədə atılmış addımlar qısa müddətdə onların sayını dəfələrlə artırmağa imkan verəcək.

Komitə sədri bu mövzunun bütün beynəlxalq platformalarda müzakirəsinin və bununla bağlı əməkdaşlığın artırılmasının vacib olduğunu diqqətə çatdırıb.

 

///report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan millisi Avropa Qızıl Liqasına hazırlığı ölkə xaricində davam etdirəcək
13:03 09.05.2025
Azərbaycan millisi Avropa Qızıl Liqasına hazırlığı ölkə xaricində davam etdirəcək
Lənkəranda “Gənclərin Peşə Bələdçisi” düşərgəsi keçirilir - FOTO
12:40 09.05.2025
Lənkəranda “Gənclərin Peşə Bələdçisi” düşərgəsi keçirilir - FOTO
Sabahın hava proqnozu açıqlandı
12:26 09.05.2025
Sabahın hava proqnozu açıqlandı
Təcili yardım təyyarəsi qəza etdi: 6 nəfər həlak oldu
12:12 09.05.2025
Təcili yardım təyyarəsi qəza etdi: 6 nəfər həlak oldu
İranın XİN rəhbəri Ər-Riyad və Dohaya səfər edəcək
11:52 09.05.2025
İranın XİN rəhbəri Ər-Riyad və Dohaya səfər edəcək
AYNA: İctimai nəqliyyatda gediş haqqının QR ödənilməsində yaranan çətinliklər aradan qaldırılıb
11:35 09.05.2025
AYNA: İctimai nəqliyyatda gediş haqqının QR ödənilməsində yaranan çətinliklər aradan qaldırılıb
Paşinyan: Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq
11:24 09.05.2025
Paşinyan: Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq
Prezident İlham Əliyev Ekvadorun yenidən prezidenti seçilən Daniel Noboa Azini təbrik edib
11:15 09.05.2025
Prezident İlham Əliyev Ekvadorun yenidən prezidenti seçilən Daniel Noboa Azini təbrik edib
Prezident İlham Əliyev yeni seçilən Roma Papasını təbrik edib
10:52 09.05.2025
Prezident İlham Əliyev yeni seçilən Roma Papasını təbrik edib
Ötən gün 48 kiloqramdan çox narkotik vasitə aşkar olunub
10:49 09.05.2025
Ötən gün 48 kiloqramdan çox narkotik vasitə aşkar olunub
Beyləqan sakini elektrik dirəyindən yıxılaraq ölüb
10:36 09.05.2025
Beyləqan sakini elektrik dirəyindən yıxılaraq ölüb
Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:26 09.05.2025
Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Azərbaycanda bəzi çaylarda sululuq artıb
10:20 09.05.2025
Azərbaycanda bəzi çaylarda sululuq artıb
Prezident və xanımı İkinci Dünya Müharibəsində həlak olan azərbaycanlıların xatirəsini anıblar
10:01 09.05.2025
Prezident və xanımı İkinci Dünya Müharibəsində həlak olan azərbaycanlıların xatirəsini anıblar
Günün şanslı bürcü hansılardır?
10:00 09.05.2025
Günün şanslı bürcü hansılardır?
Prezident və birinci xanım Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər
09:46 09.05.2025
Prezident və birinci xanım Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər